Thank you!

We will get back to you within 24 hours.

Blog

Müştərilərin Brendinizə loyallığını təmin etmək üçün 5 məsləhət.
18 Avq, 2017
2222

Müştərilərin Brendinizə loyallığını təmin etmək üçün 5 məsləhət.

Brendə loyallıq ona sadiqlik və dəfələrlə onu əldə etmək istəyindən qaynaqlanır. İstehlakçının istəyi məhsulun tək “tezbazar- ucuz- sadə” olması deyil, həmçinin onun keyfiyyət göstəricisidir. Lakin bu, necə deyərlər, aysberqin görünən tərəfidir.

Brend və onun müştərisi arasındakı münasibətlərdən danışdıqda ona “sevgi macərası” kimi yanaşsaq, heç də yanılmarıq. Baxmayaraq ki, biz məktəbdəki partaların üzərinə heç vaxt ən sevdiyimiz şokoladın adını yazmamışıq və yaxud yuxuya getməzdən əvvəl sevimli supermarketimizlə bağlı gələcək planlarımız haqqında düşünməmişik, müştəriyə özünüzü sevdirmək və onunla aranızdakı bağı qüvvətləndirmək üçün ona “sevgiliniz” kimi yanaşmalısınız.

Aşağıda göstərəcəyimiz 5 məsləhət bu bağları qüvvətləndirməyə zəmanət verir:

  1. Münasibət qurmaq üçün birinci addımı siz atın.

Son zamanlaradək belə bir fikir hökm sürürdü ki, əgər keyfiyyətli məhsulu istehsal edib, bazara çıxarsanız alıcılar özləri gələcək. Əslində isə proses tam əksinə işləyir. İlk olaraq marağı siz göstərməlisiniz. Müştəri ilə ilkin “münasibət” yarada bilmisinizsə, onun sizdən gözləntilərini qarşılamaqda gecikməyin. Əlaqə vasitələrini əldə etdiyiniz müştərilərinizlə ünsiyyət qurmaq üçün bir həftə gözləməyə ehtiyac yoxdur. Ona sizə maraq göstərdiyi üçün təşəkkür edin.

  1. İşçilərinizin ən azı sizin qədər müştəriyə dəyər verməsinə nail olun.

İstər yeni, istər köhnə müştərilər olsun, müəssisənizin heyəti çalışmalıdır ki, onları şirkətə bağlayan nə isə yaratsın. Buna görə də işçiləriniz yüksək motivasiyaya sahib olmalıdır. Təbii ki, bu halda əsas iş sizin üzərinizə düşür.

  1. Müştəriləriniz üzərində təəssürat yaradın.

Bu tamamilə aydındır – onların özlərini xüsusi hiss etmələrini təmin edin. Burada söhbət endirim və kampaniyalardan getmir. Əsas məsələ individual yanaşmadır. Sanki onlar sizə qonaq gəliblər. Qonaq özünü sizin evinizdə rahat hiss etməyəcəksə, siz ona söz deməyə imkan yaratmayaqsınızsa o bir də sizə gəlməyəcək. Unutmayın ki, loyallıq daha çox problemlər yaranan və siz o problemləri effektiv şəkildə həll etməyə cəhd etdiyiniz zaman təmin olunur. 

  1. Yaradıcı olun.

Heç kəsə sizin loqotipinizin əks olunduğu köynək, qələm, papaq maraqlı deyil. Əgər siz hələ brendə çevrilə bilməmisinizsə, qlamur xanımlar üzərində adınızın yazıldığı paketlərə öz əşyalarını qoyub şəhərə çıxmayacaqlar. Ona görə də daha fərqli yollarla müştərinizin “qəlbinə yol tapın”. Xeyriyyə məqsədli aksiyalar, hisslərə birbaşa toxunan, “win-win” prinsipi ilə edilən kampaniyalar daha effektiv olur.

  1. Müştəri ilə ünsiyyət kanallarınıza yenidən nəzər salın.

Müştəri ilə ünsiyyətiniz zamanı ən xırda detallara qədər nəzər yetirin və onların sizin üçün dəyərli olduğunu bildirin. Digər əlaqə vasitələrinə gəldikdə isə, əmin olun ki, göndərilən

e-maillərin 80%-i açılmamış qalır, SMS-lər birbaşa silinir. Buna görə də hədəf kütlənizə uyğun olaraq ən uyğun vasitəni seçmək araşdırma və onlara yaxın olmanızı tələb edir. Lap Araz marketin “Siz harada, Araz orada” sloqanı kimi.