Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Reklam videoçarxlarının yaradılması – komandamızın ixtisaslaşdığı əsas istiqamətlərdən biridir. Keyfiyyətli və düzgün montaj edilmiş reklam çarxı müsbət imic formalaşdırmağa, həm də satışları artırmağa yardımçı olur.
Bizim komanda – yaradıcı bacarıqları və kreativ düşüncələri olan gənc mütəxəssislərdir. Siz məhz onlara istəkləriniz haqqında danışacaq, onlar isə ideyalar tapmaqla yanaşı, onları həyata keçirəcək və tanıtım planı hazırlayacaq.
Marketinq araşdırmalarının aparılması – şirkətin marketinq strategiyasının ən vacib hissələrindən biridir. Sizin bütün qərarlarınız araşdırmaların nəticələrinə əsasən verilməlidir. Yanlış və qeyri-dəqiq nəticələr sonrakı bütün hazırlıqlar və addımları səhv yönə aparır.
Şerlok Holmsun davamçıları olan komandamız bazarı araşdıracaq, rəqiblər və potensial müştərilər haqqında bütün xırdalıqları öyrənəcək, analizlər aparıb, şirkətinizin düzgün təhlilini təqdim edəcək, onun inkişafı üçün mümkün perspektivlər və gözlənilən təhlükələrdən danışacaq.
Əgər sizə desələr ki, kontent biznesin gələcəyidir, inanmayın! O, artıq biznesin bu günüdür.
Minlərlə şirkət sizin potensial müştərilərinizin ovundadır. Onların diqqətini yalnız cəlbedici kontent ilə qazanmaq mümkündür. Saytın, reklamın, bannerin, ümumiyyətlə istənilən konseptin kontenti şirkətinizin imicinə, qarşısında olan məqsədlərinə uyğun və ən əsası cəlbedici olmalıdır. Müştərilərin diqqətini necə cəlb etmək lazım olduğunu, rəqibləri ötməyi və auditoriyanın yaddaşına həkk olmağın yollarını biz çox yaxşı bilirik.
Mediaplanlama – hədəf kütləsinə reklam mesajlarını çatdırmaq üçün media vəsaitlərinin seçimidir. Tanıtım üçün müəyyən məqsədlər əsasında kommunikasiya kanallarının seçimi, büdcənin optimizasiyası, brendin, xidmətin və ya yeni məhsulun tanıtımı üçün planın tərtibatı – bunların hər birini mediaplanlamaya aid edirik. Effektiv mediaplanlama mütəxəssisdən ilk öncə müəyyən bilik və bacarıqlar tələb edir. Daha sonra isə verilənlər gəlir. Xoşbəxtlikdən şirkətimizdə bunların hər biri mövcuddur. Bizə müraciət edin, sizə hansı marketinq kanalını seçməyiniz və gözlənilən nəticələr haqqında danışaq.