Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Paylaşımlarınıza az reaksiya gəlirsə, bu bloqu oxuyun
Brandup
Brandup
25 Dek, 2019
2878

Paylaşımlarınıza az reaksiya gəlirsə, bu bloqu oxuyun

Hər bir istifadəçi gün ərzində sosial mediada ortalama 116 dəqiqə keçirir və bu müddətdə minlərlə paylaşımla qarşılaşır. Həmin paylaşımları “ələyir” və ən çox diqqət çəkənləri oxuyur. Bəs bu paylaşımlar hansılardır?
 
Aparılan araşdırmalar göstərir ki, paylaşımın uğurunun 60-70%-i başlıqdan asılıdır. İstifadəçi qarşısına çıxan postlarda əvvəlcə başlıq hissəyə baxır, daha sonra mətni oxuyur.
Bu o deməkdir ki, nə qədər unikal, informativ və mükəmməl mətn yazsanız da, düzgün başlıq seçmədən izləyiciyə həmin yazını oxutdura bilməyəcəksiniz. 
Hər bir başlıq məzmun haqqında ümumi məlumatı özündə əks etdirməlidir. Başlıq seçəndə özünüzə bu sualları verin: İzləyicilərə bu mətn maraqlıdırmı? Əgər qarşınıza belə bir yazı çıxsa, mətni oxumaq sizə maraqlı olardımı?
Məhz bu iki sual işinizi bir qədər asanlaşdıracaq. Məqsəd izləyiciyə çatmaq olsa da, başlıqların yazılma üsulları bir-birindən fərqlənir. Bu metodları bir neçə kateqoriyaya ayıra bilərik.
 
1. İzləyicinin ürəyinə gedən yol nədən keçir?
İstifadəçi fikirlər, ideyalar, iradlar və razılıqlarla dolu sirli qutudur. Düzgün açar sözlərlə onlar sizə ürəyini açacaq, satışda yeni baxış bucağı qazandıracaq və ən əsası paylaşımınız bolluca reaksiya alacaq. Odur ki, sual verin, onları kommunikasiyaya dəvət edin.

2. Gündəlik 8 stəkan su için! Bu sağlamlığa müsbət təsir edir, insanın enerjisini artırır.

Vaxtını ayırıb mətni oxuyan izləyiciyə yeni informasiya verməliyik. Bu zaman rəqəmlərdən istifadə etmək daha effektivdir. Tək ədədlər cütlərə nisbətən daha yaddaqalandır. Rəqəmlərdən istifadə postlara gələn reaksiyanı 73%-ə qədər artırır. (Bu məlumatın özü də yadınızdan çıxmayacaq :) )

3. Necə, Necə! Necə. Necə?
Bütün cümlələr bilavasitə “Necə” ilə bağlıdır. İşinizi faydalı məlumat mənbəyi kimi tanıdın ki, müştəri axtarışında olduğu cavabları sizdə tapsın. 
4. Bizim etdiyimiz kimi siz də siyahı hazırlayın ;)
Paylaşımda verilmiş siyahı müəyyən bir mövzu ətrafında strukturlu məlumatların toplanmasını təmin edir. 

Oxuduqlarınızı tətbiq edin. Yaxşı olacaq :)

 

Müəllif: Nigar Şabanova

BİZİ İZLƏYİN