Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Sosial Mediada #həştaqlardan istifadə
Brandup
Brandup
27 Yan, 2020
2701

Sosial Mediada #həştaqlardan istifadə

Nə az, nə çox düz 12 ildir ondan istifadə edirik. Demək olar ki, artıq bütün platformalarda həştaqlar mövcuddur. İlk dəfə Chris Messina tərəfindən təsadüfən tvit edilir və illər keçdikcə bütün sosial şəbəkələrə yayılır. Orfoqrafiya lüğətimizə isə “həştaq” sözü 2016-cı ildə keçib. 

 

 

Nədir həştaqlar? Nəyimizə gərəkdir? 
# simvolundan sonra hər hansı söz yazmaqla klik oluna bilən ifadə ortaya çıxır və bu işarə altında yazdığımız mətni, şəkli və ya videonu bir araya toplaya bilirik. Həştaq bəyənmə sayı, izləyiciləri artırmaq, markanı tanıtmaq, trend ətrafında söhbətlər etmək, son xəbərləri izləmək kimi fürsətlər verir. Ondan istifadənin xüsusi qaydaları var. Həştaq istifadə edən zaman bu qaydalara riayət etməyi tövsiyə edirik. 

Qızıl qaydaları yazıram:

  1. Hər sözü deyil, doğru sözü həştaqlayın.
  2. Sözləri düzgün yazdığınızdan əmin olun. Yanlış yazılmış həştaq istədiyiniz auditoriyaya çatmaya bilər.
  3. Trend həştaqların istifadəsindən çəkinməyin. 
  4. Doğru miqdarda, doğru həştaqlardan istifadə edin. Unutmayın, uzun yazılmış söz və ya cümlə paylaşımızın üçün faydalı olmayacaq.

 

Ekspertlər yazır ki, çox #-dan istifadə paylaşımınıza bəyənmə gətirməz, əksinə postunuzun çox insana çatmasının qarşısını alar. Facebook, Instagram, LinkedIn, YouTube və Twitter-də ondan istifadə qaydası tamamilə fərqlidir.
Twitter-də istifadə etdiyiniz 2 həştaq paylaşımın çox insana çatmasının qarşısını alar, 1 həştaq ilə isə nəticə arzuolunandır. 

 

 

Twitter-in əksinə Instagram-da həştaq sayı çox olarsa, bəyənmə və izləyici sayı artar. Lakin, Instagram-da 30 həştaq ilə sərhədlənirik və ortalama 9 istifadə sayısı məsləhətdir. Öncədən var olan, izlənmə sayısı çox olan həştaqları isə müxtəlif sayt və ya tətbiqlərdən əldə etmək olar. Hətta, bəzi saytlara şəkli yükləməklə sizə doğru sözü tapmaqda yardımcı olur. Bir neçə misalı aşağıda qeyd etdim. Ümid edirəm, işinizə yarayar.


https://www.all-hashtag.com/ 
https://www.photerloo.com/
https://hashtagify.me/hashtag/tbt
https://ritetag.com/

 

Əgər Facebook-da ondan istifadə etmək istəyirsinizsə, 1 və ya 2 həştaq kifayətdir. Qlobal brendlər Facebook paylaşımlarında demək olar ki, həştaqdan ya istifadə etmir, ya da bir həştaqla kifayətlənirlər. Həştaq bu platforma üçün o qədər də aktual deyil.

Gələk, biznes sahiblərinin, markaların çox olduğu LinkedIn-ə. Platformaya həştaq funksiyası ötən il əlavə olunub. Həştaq yazı, video, məqalə və ya sənəd paylaşmaq üçün istifadə olunur, həmçinin məqaləyə uyğun olduğuna inandığı versiyaları da sizə təklif edir. Paylaşım üçün 5 həştaq kifayətdir. Səhifənin məlumatlarına həştaq əlavə etsəniz, LinkedIn qarşıda bu həştaqla paylaşım edən digər brendlərin paylaşımlarında sizi rəy yazmağa dəvət edəcək. Bu da səhifənin aktivliyinin artması üçün əsl fürsətdir. 

 

 

Doğru həştaqları tapın, nəticəsini görəcəksiniz :)

Müəllif: Ramilə Quliyeva

 

 
BİZİ İZLƏYİN