Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
1 il əvvəl ilə müqayisədə TikTok videolarına marağın xeyli genişləndiyini müşahidə edirik. O qədər məşhurlaşdı ki, hətta Ukraynada TikTok fakültəsi də açıldı. Başlanğıcda sadəcə əyləncə və “boş” iş kimi yanaşılan platforma deyəsən, çoxlarının çörək ağacına çevriləcək. Ağacın toxumunu əkməyi və ona qulluq etməyi isə bu bloqda öyrənəcəyik.
Son 5 ildir ki, artıq həyatımızda TikTok var. İlk başlarda geniş auditoriyası olmasa da, bir müddət sonra gənclərin diqqətini çəkməyə başladı. Hazırda aylıq aktiv izləyici sayı 1 milyardı keçib. İzləyicilərin təqribi 70%-i isə 30 yaşdan aşağı olan şəxslərdir. Hətta baxış sayına görə YouTube`u belə keçən TikTok-un son statistikaları bizi təəccübləndirdi.
Necə oldu ki, platforma bu qədər inkişaf etdi?
Bu sualı istənilən şəxsə versək, verilən cavabların bir-birinə yaxın olma ehtimalı yüksəkdir. Kontentin video formatında olması, əyləncəli və rəngarənglik, müxtəlif effektlər və məlumatların əlçatanlığı insanların diqqətini kifayət qədər çəkə bildi.
Eyni zamanda, əsas məsələlərdən biri, əlbəttə ki, markanın sloqanla qurduğu bağlantı idi. TikTok-un sloqanı belədir: “Real people, real videos”. Ötürdüyü mesaj isə: “Siz öz videolarınızı rahat şəkildə və əziyyət çəkmədən burada paylaşa bilərsiniz”. Elə bu mesaj kifayət idi ki, insanlar özlərini sərbəst hiss edə bilsinlər. Bu rahatlıq nəinki insanlara, həm də markalara aiddir.
Məhsul və ya xidmətin sosial mediada paylaşılması və təşviqedilməsi prosesində markalar hər zaman ilk olaraq, ödənişsiz vasitələrə əl atırlar. Məsələn, aktiv paylaşımlar, kampaniyalar, canlı yayımlar buna misaldır. Bir nöqtədən sonra şirkətlər rəqabəti daha fərqli istiqamətdə aparmaq üçün reklamdan istifadə etməyə başlayırlar. TikTok isə şirkətlərə qısa zamanda ödəniş etmədən yüksək nəticə əldə etməyin mümkün olduğunu göstərdi. Belə ki, digər şəbəkələrlə müqayisədə ən çox reaksiya ala biləcəyiniz platforma məhz TikTokdur.
Biraz da kontentdən danışaq. İnstaqram üzərindən keçirdiyimiz sorğuda izləyicilərin marağını da test etdik. Nəticə isə aşağıdakı kimidir:
Belə ki, sorğuda iştirak edən 82 nəfərdən 45%-ə yaxın izləyici sevidiyi brendlərdən bu addımı gözləyir. Təxmini 30% isə biraz inandırılmağı və fərqliliyi gözləyən kütlədir. Elə bu nəticədən sonra TikTokun şirkətlərə yönəlik istiqaməti üzrə bəzi incəliklər barədə yazmaq qərarına gəldik.
Ümumiyyətlə, şirkətlərin TikTok üzərindən irəliləməsi bir çox mənbələrdə 5 mərhələdə izah edilir:
Aşağıdakı suallar işinizi rahatlaşdıracaq:
TikTok açmaqda məqsədim nədir?
- Yeni auditoriyaya çatmaq;
- Məhsul və ya xidmətimi tanıtmaq;
- Satışı artırmaq;
- Müştəri əlaqələrini möhkəmləndirmək ( güvən qazanmaq, kommunikasiya qurmaq və s.);
- Brendinizi tanıtmaq;
- Rəqiblərdən önə keçmək; və s.
Dəyərlərim hansıdır?
Hədəf kütləm kimdir?
Hansı yaş qrupuna aiddir? ( auditoriyanın əksəriyyəti Z nəsli olsa da, sizin bunu öz brendiniz üçün dəqiqləşdirməniz vacibdir)
Auditoriyamın maraqları nələrdir?
Onların diqqətini hansı tərzdə kontent çəkəcək? ( bir az sonra kontentin növlərindən danışacağıq)
2. Kontent planın hazırlanması – araşdırmadan sonra gələn və uzun müddəti əhatə edən mərhələdir. Ümumilikdə, TikTok`da bir neçə formada kontent hazırlamaq mümkündür. Nümunə:
Musiqili – daha çox musiqiyə fokuslanan tərzdə videolar çəkməklə bu kontenti sınaya bilərsiniz.
Komediya – platformanın adını dedikdə, öncəliklə, ağla gülməli videolar gəlir və kontentin böyük hissəsi demək olar ki, bu şəkildədir. Bu tərzdə videoları hər kəs hazırlaya bilər: influenserlər, aparıcılar, sahibkarlar və s. Həmçinin, öz məhsul və ya xidmətlərinizi satış xarakterli
Xüsusi effektlə - TikTok platforması İnstaqram kimi müxtəlif effektləri özündə toplayır. Hansı ki, hər zaman trend olan effektlərlə daha çox baxış əldə edə bilərsiniz.
Duet – bu stildə paylaşımları daha çox məşhurlar və fenomenlər edir. Hazırladığınız videoları duet edilə biləcək tərzdə hazırlayaraq həm izləyicilərinizlə əlaqəyə girə, həm da daha çox tanınma şansı əldə edə bilərsiniz.
Faydalı – təhsil sektorundasınzısa və ya faydalı postlar paylaşırsınızsa, TikTokda da faydalı postları daha əyləncəli şəkildə paylaşmaq mümkündür. Nəzərə alsaq ki, sosial media istifadəçiləri qısa zamanda əyləncəli və maximum fayda əldə etməyə meyillidir, bu metod ötürmək istədiklərinizi düzgün şəkildə çatdıracaq.
“Challange” videoları – kontentin bu növündə videolar 2 formada hazırlana bilər. Siz ya hər hansısa məşhur “challange”ə qoşula, ya da özünüz hazırlaya bilərsiniz. Həştaqlar buna ən gözəl nümunədir. Müəyyən müddəti əhatə edən və viral olan videolar olur ki, özünə məxsus həştaqlardan istifadə edilir.
Kontenti hazırlayarkən trendlərə qoşulmaq da mütləqdir. Lakin trendlərin kontentinizin 30%-ni keçməməsinə diqqət etməkdə fayda var.
Amerikalı marketoloq Seth Godinin son araşdırmalarında qeyd edilir ki, artıq müştərilər “bu məhsulu alın ki, bizim satışımız yaxşılaşsın” ifadəsini eşitmək əvəzinə, “bu məhsul sizin konkret olaraq bu ehtiyacınıza uyğun təqdim edilir” tərzində yanaşılmasını daha çox sevir. Eynilə, TikTok da bunu tələb edir. İcazə verin ki, izləyici videoya baxanda zövq alsın, həm də sizin məhsula ehtiyacı olduğunu hiss etsin. Bu, həm sizi, həm də onları xoşbəxt edəcək.
3. Postun paylaşılması – bunu oxuyarkən yəqin ki, ağlınıza sadəcə “share” düyməsini basmaq gəldi. Amma iş yalnız onunla bitmir. TikTok alqoritmasının bəzi tələbləri var. Belə ki, keyfiyyəti yüksək olan videolar daha çox ön plana çıxır. Ona görə də, videoların keyfiyyətini daim yüksək etməyə çalışın. Postun mətnində isə yalnız 150 simvoldan istifadə etmək mümkündür. Videonuza cəlbedici, kontentinizə uyğun diqqəti çəkəcək başlıq seçib minimum 4-5 həştaqla videonu paylaşa bilərsiniz. Elə mövzu həştaqlardan düşmüşkən bəzi məsələlərə toxunaq.
Deməli, videonuza uyğun həştaq seçərkən aktual ifadələrdən istifadə etmək paylaşımlarınızı daha çox insana çatdıracaq. Daim yenilənən aktual həştaqlar var. Məsələn, hazırda bu siyahıdan top həştaqları sizə təqdim edə bilərik.
Bu siyahıdan kontentinizə uyğun beynəlxalq həştaqlardan 2-ni seçə bilərsiniz. Qalan yeri yerli dildəki həştaqlardan istifadə üçün ayırmağa çalışın. Həştaqlarla daha çox insana çatmaqla bərabər, rəqib analizinə də mütəmadi olaraq diqqət etməkdə fayda var. Onların 2 milyondan çox istifadə olunmamasına diqqət edərək uyğun sözlərlə paylaşıma az qalmış son incə məqam da var. Bu videonun “cover”i deməkdir. Məsələn, videoda “Paylaşımlara reaksiyanı artırmaq üçün 3 üsul”dan danışırsınızsa, elə üz qabığına bu sualı yazmaq daha məqsədəuyğundur. İzləyici sualı görəndə hərəkətə keçəcək, cavab axtaracaq. Yarımçıq ifadə, yalnız üzünüzün düşdüyü görüntüdən qaçmağa çalışın. Artıq post hazırdırsa, bəlkə paylaşaq :D
4P-nin ən vacib qanunlarından hesab olunan tanıtım, yəni, “promotion” mərhələsi səhnəyə çıxıb mikrofonu əlinizə almaq deməkdir. Videonuzu yaymağa başlayarkən, sosial mediada: İnstaqram stori və ya Feysbukda başlayıb reklam qoya, paylaşdıra bilərsiniz. Lakin, Linkedln TikTok paylaşımları üçün uğurlu platforma hesab olunur. Tanıtım mərhələsində iş yalnız sizin öhdəliyinizdə deyil. İnfluenserlərlə iş bu mərhələnin ən işlək üsullarından biridir. Kontentinizə, məhsul və ya xidmətinizə uyğun influenserlərlə video hazırlamaq, canlı yayım etmək bir sözlə, əməkdaşlıq qurmaq əmin olun ki, hər iki tərəfə müsbət təsir edəcək.
Ən son mərhələs isə əlbəttə ki, analiz mərhələsidir. Bunun üçün siz mətamadi olaraq, platformadakı statistikalara nəzər salmalısınız. Statistikalar üçün TikTok`u eynilə İnstaqramdakı kimi biznes hesabına keçirməlisiniz. Daha sonra hər posta görə hesablamalar qoya, KPI müəyyənləşdirə və aylıq nəticələrinizi müqayisə etməklə kontentinizi daha da yaxşılaşdıra bilərsiniz.
Bloqda bu platforma barədə ən vacib məlumatlara sizə çatdırmağa çalışdıq. Baxıcılar deyir ki, bir müddət sonra rəqabət daha da güclənəcək. Ona görə də, işə başlamağın əsl vaxtıdır.
Oxuduğunuz üçün təşəkkür edirik!