Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Ötən il planlamamızda müxtəlif istiqamətdə bir neçə tədbirin keçirilməsi var idi. Pandemiya başlayanda çox sadəlövh idik, 1-2 aya bitər, edərik deyirdik, amma ...
Bu məsələ uzandığı üçün, tədbiri onlayn da olsa keçirmək qərarına gəldik. Bunun da öz müsbət cəhətləri var, məsələn, bu bizə imkan verdi ki, iştirakı ödənişsiz edək, əsas odur daha çox insan faydalana bilsin. Savadly.com platformasına forumun keçirilməsi üçün şərait yaratdığına görə bir daha təşəkkür edirik.
Niyə “SMM 360°”?
Forumun konsepti çıxışların müxtəlif istiqamətdə olması və bütünlükdə SMM mövzusunu əhatə etməsi idi, bu səbəbdən ad belə təyin olundu. Tarix olaraq isə 30 iyun seçildi, çünki məhz bu gün dünyada “Sosial Media günü” kimi qeyd olunur.
Tədbirin təşkilində bizə dəstək olan, müsabiqələr vasitəsilə foruma rəng qatan Benefit Cafe, Superfon və Savadly şirkətlərinə təşəkkür edirik.
Araşdırmalara əsasən, hər hansısa forum və ya tədbirə qoşularkən mövzular qədər həmin mövzu ətrafında hansı spikerlərin çıxış etməsi də iştirakçılar üçün önəmlidir. Bu səbəbdən onlayn səhnəni bölüşməyə dəvət etdiyimiz spikerlərin hər biri öz sahəsində sözünü demiş peşəkar şəxslərdən seçildi.
3 saat müddətində 5 spiker fərqli və tamamlayıcı mövzularda çıxış etdi. Mövzu və spikerlərlə sizi daha yaxından tanış etmək istəyirik.
1. “Başlıqsız mövzu” - forum Brandup agentliyinin kopirayteri İsmət Məmmədovanın təqdimatı ilə başladı. O, “Başlıqsız mövzu” ilə başlıqların önəmindən və istifadə qaydasından danışdı. Çıxışın praktik və real nümunələr əsasında hazırlanması onu daha effektiv edən səbəblərdən biri idi.
2. “Sosial mediada dizayn” - növbəti çıxış Code Academy-də art direktor və eyni zamanda müəllim olaraq çalışan Rizvan Bağırlı tərəfindən davam etdi. Çıxış nəinki dizaynerlər, hətta marketinq, reklam sahəsində çalışan bütün auditoriyaya uyğun hazırlanmışdı. Rizvan bəy nümunə poster üzərində addımlı şəkildə necə işləməyin qaydasını və diqqət olunmalı məqamları iştirakçılarla bölüşdü.
3. “Reklam vermə, TikTok çək” - Azərbaycanda TikTok-un istifadə forması, yaradılan kontent şirkətlərin bu platformaya birmənalı baxmamasına gətirib çıxarır. “Endorphin” agentliyində 5 illik təcrübəyə sahib Müşfiq Şirəliyev forumda bu mövzu ilə bağlı bütün önyarğıları qıraraq, yeni baxış bucağının yaranmasına kömək etdi.
4. “Pandora qutusu: alqoritmlər” - Rəqəmsal aləm kənardan bağlı və sadə qutu kimi görünsə də, onu açdığımızda çox fərqli nəticələrlə qarşılaşa bilirik. Brandup agentliyinin rəqəmsal marketinq mütəxəssisi olaraq çalışan İrana Məmmədova alqoritmlər, onların işləməsi və digər məqamlarla bağlı qaranlıq qalan sualları cavablandırdı.
5. “İnfluenser marketinq: onlarda və bizdə” – Sonuncu spikerimiz “Foxy” platformasının təsisçisi Xəyalə Məmmədova idi. Ölkəmizdə son illərdə aktuallaşan sahələrdən olan influenser marketinqin tələbləri və strukturu barədə konkret məlumatın olmaması forumda bu mövzuya da yer ayırmağın vacibliyini göstərdi. Xəyalə xanım xarici və bizim ölkədə olan influenser marketinqini, onların oxşar və fərqli cəhətlərini iştirakçılarla bölüşdü.
Forumu izləyə bilməyənlər və ya yenidən izləmək istəyənlər üçün videoları Brandup Agency YuTub kanalımıza yüklədik.
Bloq vasitəsilə bir daha SMM 360° forumunda iştirak edən spikerlərə, iştirakçılara və partnyorlara təşəkkürümüzü bildiririk!
Yaxın zamanda daha böyük layihə, tədbir və forumlar bizi gözləyir. Bütün bunlardan xəbərdar olmaq üçün bizi sosial mediada ( İnstaqram, Feysbuk) izləməyi unutmayın.
Pandemiya bitsin normalni ...