Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Sayt yaratmaq düşündüyünüz kimi heç də çətin deyil. Bir neçə bloq əvvəl Almaz Azərbaycan internet istifadəçilərinin statistikları haqqında yazmışdır. Bu bloqda qeyd olunurdu ki, ölkəmizdə əhalinin 80%-i internet istifadəçiləridir. Qeyd edim ki, bu göstərici dünya ortalamasında 21% daha çoxdur. Yəqin ki bu məlumat artıq şirkətlərin internetdə mövcudluğunun nə qədər önəmli olduğunu göstərir.
Bu bloqda veb-saytların yaradılması zamanı qarşımıza çıxan seçimlərə və hansı seçimlərin daha optimal olduğuna toxunacam. Günümüzdə sayt yaratmaq istəsəniz qarşınıza minlərlə seçim çıxacaq. Əsasən sayt yaradarkən aşağıdakı 3 metoddan birindən istifadə edilir:
Yazının davamında hər bir metod haqqında məlumat verərək üstün və zəif cəhətlərini paylaşacağam.
Bu platformalara misal olaraq Tilda, Wix, Weebly və s. misal göstərə bilərəm. Əsasən aylıq ödəniş əsasında işləyən bu platformalarda sayt yaratmaq olduqca asan və tez başa gəlir. Burda platforma üçün aylıq ödənişdən əlavə illik domen adı üçün ödəniş də mövcuddur.
Bu platformalarla sayt yaratmaq o qədər asandır ki, bunun üçün xüsusi bir proqramlaşdırma biliyinə ehtiyac olmur.
Gələk bu sistemlərin zəif tərəflərinə. Bu platformalarla yaradılan saytlarda geniş funksionallıqlar və modullar yaratmaq mümkün olmur, eyni zamanda dizayn baxımından müəyyən limitlər çərçivəsində işləməli olursunuz.
Dünyadan ən çox tanınan və istifadə olunan CMS Wordpress-dir, lakin Drupal, Joomla, Opencart, Mangento kimi CMS-lər də böyük istifadəçi kütləsinə məxsusdur. Website Builder platformalarda olan aylıq ödəniş burda olmasa da siz hostinq və domen üçün ödəniş etmək məcburiyyətindəsiniz.
CMS-lər ilə veb-saytlar əsasən şablonlar (template or theme) vasitəsilə hazırlanır. Daha çox imkana və gözəl dizayna sahib olan şablonlar əsasən pul ilə satılır. Buna baxmayaraq siz pulsuz şablonlardan da istifadə edə bilərsiniz.
Gələk müsbət və mənfi cəhətlərinə. Əgər sizin vaxtınız və həvəsiniz varsa, internetdən araşdıraraq özünüz CMS-lər ilə veb-sayt hazırlaya bilərsiniz. Sayt yaratmaq üçün xüsusi proqramlaşdırma biliklərinə ehtiyac yoxdur. Onu da qeyd edim ki, bunun üçün araşdırma və özbaşına öyrənmə (self learning) bacarığının olması da mütləqdir.
Əgər bunun üçün vaxt və marağınız yoxdursa, bu işdə təcrübəsi olan şəxs və şirkətlərə müraciət edə bilərsiniz. Əsasən CMS-lər ilə hazırlanan saytlar tez və asan hazırlandığı üçün sizə ediləcək qiymət təklifləri də münasib olur.
Website Builder platformalarına nisbətən daha geniş imkanlara (funksionallıq və dizayn baxımından) baxmayaraq bu sistemlərin də mənfi cəhətləri var.
Əsasən bu sistemlər Open Source olduğu üçün hər kəs istifadə olunan kodlar və alqoritmalarla tanış ola bilər. Bu da təhlükəsizlik baxımından problemlər yarada bilir. Xüsusən də sistem, şablon və ya pluginlərin yeni versiyaları təqdim edilərkən xaker hücumlar üçün bəzi boşluqlar olur. İndiyə qədər bir çox belə kütləvi hall yaşanmışdır.
Başqa bir mənfi cəhət, CMS ilə hazırlanan veb-saytlarda lazım olandan daha çox kod istifadə olunur. Bu da saytların yüklənmə sürətini aşağı salır və serverə əlavə yüklənmə verir. Əsasən yüklənmə sürətini müəyyən pluginlərin köməyi ilə artırmaq mümkün olsa da istifadə olunan şablon və pluginlərdən dolayı bəzən bu mümkün olmur.
Digər bir mənfi cəhət yenilənmələrin (sistem və pluginlərdə) tez-tez baş verməsi bəzi vaxtlarda saytın normal işləməsinə problem yarada bilər. Belə ki, hər yenilənmədən sonra saytda hər şeyin qaydasında olduğunu yoxlamaq lazımdır.
Sayt yaratmaq üçün müştəri tərəfindən verilən Texniki Tapşırığa (TT) əsasən aşağıdakı ödənişlər mövcuddur.
Belə saytların hazırlanma müddəti və qiyməti təqdim edilən TT-dən, istifadə edilən proqramlaşdırma dilindən, şirkət və ya proqramçının təcrübəsindən asılı olaraq dəyişir. Bu tip saytların interface-i həm hazır şablonlar vasitəsilə, həm də UI&UX dizayner tərəfindən təqdim edilən dizayn əsasında hazırlana bilər. Təbii olaraq bu seçimin özü də saytın hazırlanma müddət və qiymətinə təsir edir.
0-dan kodlayaraq yaradılan saytların təhlükəsizliyi proqramçının təcrübəsindən, istifadən olunan proqramlaşdırma dili və framework-dən aslıdır. Ümumi götürdükdə belə saytlarda təhlükəsizlik CMS-lərlə hazırlanan saytlara nisbətən daha yüksək olur.
Bu tip yaradılan saytların daha bir üstünlüyü ingilislərin təbiri ilə desək flexible olmasıdır. Yəni gələcəkdə belə saytlarda istənilən yeniliyi etmək, yeni funskionallıq və modullar yaratmaq, digər sistemlərə inteqrasiya etmək mümkündür.
0-dan yaradılan saytlarda saytın idarə edilməsi üçün admin panel hazırlanır və bu admin panelin imkanları müştərinin istəyindən aslı olaraq dəyişə bilir.
Düşünürəm ki, 0-dan yaradılan saytların tək mənfi cəhəti qiymət və hazırlanma müddətinin digərlərinə nisbətən daha çox olmasıdır.
İnanıram ki, bu bloqu oxuduqdan sonra sizdə veb-saytın hazırlanması ilə bağlı ilkin təəssüratlar yarandı. Gələcəkdə veb-sayta ehtiyacınız olarkən hansı metoddan istifadə edəcəyinizi rahat təyin edə biləcəksiniz.
Sonda onu bildirim ki, bu mövzu çox genişdir və onu sadəcə bloqlarda yazılanlarla limitləmək düzgün olmaz. Mən sadəcə sizdə ilkin təəssürat formalaşması üçün əsas amillərə toxunmağa çalışdım. Sayt yaratdıqdan sonra onun aktivliyini artırmaq üçün SEO və SEM xidmətindən istifadə edə bilərsiniz.
Əgər hələ də sayt yaratmaqla bağlı sizdə müəyyən suallar qalıbsa, məmnuniyyətlə cavablandırmağa və müzakirələr aparmağa hazıram :)