Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Onu qaytarmağa dəyərmi?
Brandup
Brandup
12 Okt, 2018
2554

Onu qaytarmağa dəyərmi?

O gördü, tanış oldu və getdi. Onu qaytarmağa dəyərmi? Bəli, əgər söhbət saytınızı ziyarət edən istifadəçidən gedirsə, dəyər. 
İstifadəçilərə məhsulu göstərmək artıq ənənəvi rəqəmsal alətə çevrilib və bu bir yerə qədər effektiv olsa da, daha sonra vəziyyət sizdən əlavə addımlar atmağınızı tələb edir. Ənənəvi adlandırdığım reklamların lazımsız olduğunu demək istəmirəm, amma son zamanlar bu üsulun daha az faydalı olduğunu müşahidə edirik. Əlbəttə ki, bu daha çox sayt üzərindən satış edən şirkətlərə aiddir. Ən yaxşı ROI məhsulunuzdan və brendinizdən xəbəri olan istifadəçilərə göstərildikdə alınır.  
Məsələ ondadır ki, elanınızı görən, saytınıza daxil olub, məhsulunuzla maraqlanan və məhsulunuzu alan istifadəçi bunu bir gündə etmir. Faktiki olaraq insanların əksəriyyəti ilk dəfə ziyarət etdikləri saytdan sifariş etmirlər. Bu səbəbdən sizə remarketing haqqında söhbət açmağı düşünürəm. 
 
Remarketinq nədir? 
Remarketinq bizə biznesimizlə artıq əlaqə qurmuş şəxslərə (saytı ziyarət edənlər, mail ünvanını, telefon nömrələrini yazanlar və s.) reklamın göstərilməsi deməkdir. Burada sistem çox sadədir. Reklamda biz Google-ın partnyoru olan saytlarda bannerlərimizi yerləşdiririk və istifadəçi sayta keçid etmədiyi təqdirdə isə reklam büdcəsini xərcləmirik. 
Bir sözlə, bu reklam strategiyası “məni tapmaq asan, unutmaq çətindir” deyir. İstifadəçi məhsulunuzla maraqlanır, amma almır. Başqa fürsətləri dəyərləndirməyə başlayır. Bu müddət ərzində isə brendiniz onu hər yerdə izləyir. Siz onun diqqətindən kənara çıxmırsınız və son nəticədə alış-veriş üçün ya da xidmətinizdən istifadə etməsi üçün saytınıza qaytmasının ehtimalını artırırsınız. 
 
Dinamik remarketinq 
Dinamik remarketinq online mağazalar üçün nəzərdə tutulmuş alətdir. Bu üsul çoxlarınızı narahat etsə də, nəticələri ilə sahibkarları sevindirir. Bu halda siz hər məhsul üçün ayrı reklam tənzimləyə bilərsiniz. Məsələn, mən www.mann-ivanov-ferber.ru saytında bir neçə kitabla maraqlanmışam, bəzilərini isə səbətə atmışam. Saytın remarketinqi elə qurulub ki, mən maraqlandığım kitabları daha sonra, təqribi bir həftə ərzində görürəm, səbətə atdığım kitabları isə “sifarişini tamamla”, “kitabların səni gözləyir” kimi başlıqlarla daha uzun müddət görürəm. 
Əsas diqqət edilməli məsələ ondadır ki, hansı səhifəyə izləmə kodu yerləşdirilməlidir. Məsələn, dinamik remarketinq üçün “haqqımızda”, “sifariş qaydaları” və s. kimi səhifələr məsləhət görülmür. 
Qaytarmaq istədiyiniz istifadəçiləri də müəyyən kriteriyalara görə 4 qrupa bölmək olar.
 
“Maraqlanan” mərhələsində olan istifadəçilər 
• Saytda keçirdiyi zaman
• Saytda axtarış verənlər
 
“Tanışlıq” mərhələsində olanlar
• Bloqları oxuyanlar 
• Youtube kanalını izləyənlər 
 
“Almaq istəyi” mərhələsində olanlar: 
• Səbətə atanlar 
• Endirimlərlə maraqlananlar 
• Sadəcə bir çeşid ilə maraqlananlar 
 
Loyal istifadəçilər: 
• Təkrar alış-veriş 
• Keçmiş müştərilər
 
Çıxartdığımız nəticə: 
Remarketinq – düzgün istifadə olunduğu təqdirdə çox effektiv üsuldur. Siz istifadəçinin məhz onu maraqlandıran məlumatla qarşısına çıxa bilərsiniz. Büdcə baxımından da bu aləti effektiv hesab edirəm, hətta çox kiçik şirkətlər, açar sözlərə çox büdcə xərcləmədən, öz kütləsinə reklamla xitab edə bilər. Əsas özəlliyi isə onun çox sürətli olmasıdır. Sizə lazım olan mərhələdən istifadəçini yenidən geri qaytara bilərsiniz. Sizi müəyyən səhifədə vaxt keçirən istifadəçilər maraqlandırır, yoxsa məhsulları səbətə atanlar? Yeni stoku saytınızdan artıq alış-veriş etmiş keçmiş müştərilərinizə göstərmək istəyirsiniz? Bu və digər tənzimləmələri siz remarketinq ilə həyata keçirə bilərsiniz. 

Müəllif: Aynur Xan 

BİZİ İZLƏYİN