Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Son zamanlar tez-tez “mənim saytım birinci olsun” müraciətlərini alırıq. Bəziləri SEO və kontekst reklamlar üzrə bəzi məlumatlar alıb və nə istədiyini bilir, digərləri isə hər vəchlə axtarış nəticələrində ilklərdən olmaq istəyir. SEO mütəxəssisləri (çox uzağa getməyək, götürək elə Elməddini) SEO-nun vacib olduğunu, digərləri isə yalnız kontekst reklamının işlədiyini iddia edirlər. Kim haqlıdır? Əlbəttə ki, araşdıranda başa düşürsən ki, hər iki tərəfin əslində öz doğruları var.
Gəlin bu mövzunu birdəfəlik özümüz üçün aydınlaşdıraq.
Kontekst reklamı saytın yeni dizaynını və ya saytda hər hansı bir dəyişikliyin effektivliyini daha tez yoxlaya bilir.
Saytda yenilik etməyə qərar vermişsiniz, bu əla xəbərdir, amma hansının daha çox “user-friendly” olduğuna qərar verə bilmirsiniz. Saytın fərqli dizaynlı səhifələrinə reklam verməyə başlayın. Əgər saytın orqanik keçidləri azdırsa, o zaman SEO mütəxəssisin effektivliyi ölçməsinə aylar gedəcək, amma PPC mütəxəssisi bu nəticələri bir həftəyə əldə edə bilər.
Bu eyni zamanda e-ticarət saytında olan filtrlərin yoxlanması üçün də çox uyğundur.
Məsələn, e-ticarət saytında məhsullar üzrə filtri populyar, bahadan-ucuza və ya yeni məhsullara görə edin. Hər iki variantı yoxlamağa çalışın, qoşun və kiçik büdcə ilə reklam verin. Ən qısa zamanda hansının daha effektiv olduğunu özünüz görəcəksiniz.
PPC reklamları yeni bazarı və ya yeni seqmenti yoxlamaq üçün daha uyğundur.
PPC mütəxəssisi dəqiq hədəf kütləyə yönəlib reklam verə bilir. Əgər yeni məhsulu bazara çıxarmaq və ya fərqli kütləni yoxlamaq istəyirsinizsə, bu işdə PPC reklamları sizə daha tez kömək edə bilər. Yenə kiçik büdcə ilə yoxlamağa başlayın. Reklamlarınız başlayan kimi hər iki mütəxəssis saytın analizini aparmağa başlamalıdır. Yaxşı SEO mütəxəssisi qısa zamanda bu reklamın effektivliyi ilə bağlı sizə məlumat verə biləcək və siz həm pullarınıza, həm də vaxtınıza qənaət etmiş olacaqsınız.
Araşdırma zamanı maraqlı faktlarla rastlaşdım. Bəzilərini sizinlə də paylaşmaq istəyirəm.
Google Adwords mütəxəssisi olduğuma görə düşünürsünüz ki, bloq boyu yalnız PPC-nin faydalarından danışacam? :) Mən ona aşiqəm, amma həqiqəti də danmıram. Onun həm mənfi, həm də müsbət cəhətləri var. SEO üzrə qeyd etmədiklərim olarsa, mütləq mənə bildirin ki, onları da bura əlavə edim.
Aşağıda PPC və SEO-nun mənfi və müsbətləri cədvəl şəklində göstərilib.
SEO
+ |
- |
Lid`in qiymətinin daha ucuz başa gəlməsi (uzunmüddətli baxışda) |
Nəticəni gözləmək üçün zaman lazımdır. |
İstifadəçilər bu nəticələrə daha çox inanırlar. |
Etibarlı SEO peşəkarını tapmaq çətindir. |
Yalnız saytın trafiki ilə deyil, həm də saytın ümumi optimizasiyası ilə bağlı iş görülür (kontent strukturun dəyişilməsi, tag-lər, saytın yüklənmə sürəti və s.). |
İşin gedişatının nə dərəcədə yaxşı getməsi məlum olmur. |
Saytla işin bitməsindən sonra belə effekt uzun müddət qala bilir. |
Pul və vaxt itkisinin riski çox böyükdür. |
Dolayı yol ilə brendin tanıtımına gətirir (məşhur saytlarda məhsul haqqında məqalələrin yazılması) |
Sürətlə dəyişən alqoritmlərdə saytınızın uzunmüddətli aparılan SEO-su boşuna gedə bilər. |
Kontekst reklamı
Müsbətləri |
Mənfiləri |
Düzgün hədəfləmə nəticəsində sayta böyük həcmdə hədəf kütləsinin cəlb edilməsi və beləliklə satışın dərhal artması. |
Səhv reklam tənzimləməsinin nəticəsi olaraq böyük büdcənin nəticəsiz xərclənmə riski. |
Axtarış nəticələrinə istəyinizə uyğun olaraq təsir etmək imkanı. |
Saytın optimizasiyası, yəni lazım olan dəyişikliklər aparılmır. . |
Dar hədəf kütləyə çata bilmək şansı. |
Səhv kütləni sayta cəlb etmək. |
Məhsulunuzla maraqlanan şəxslərə daha sonra reklamın yenidən göstərilməsi (retargeting). |
Reklam bitdikdən sonra saytın trafikinin kəskin aşağı düşməsi. |
Çox kiçik büdcə ilə belə reklama başlaya bilməyiniz. Gündəlik, aylıq reklam büdcəsini siz təyin edə bilirsiniz. |
İstifadəçilərin bu nəticələrə az güvənməkləri. |
Nəticəni artıq bir neçə saatdan sonra görə bilmək. |
Son zamanlar Azərbaycan dilini dəstəkləməməsi. |