Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

İki nəfərin bildiyi şifrə, şifrə deyil
Elməddin Yusifli
Elməddin Yusifli
7 may, 2018
2067

İki nəfərin bildiyi şifrə, şifrə deyil

Günümüzdə texnologiyanın inkişafı o həddə çatıbdır ki, özəl günlərin sırasına bu sahəyə aid olan anlayışlara həsr olunmuş günlər də qatılmağa başlayıb.

İlk oxunuşdan qəribə səslənsə də bu gün “Dünya Şifrə günüdür”. Amerkan İT şirkəti olan İntel tərəfindən qeyd edilməyə başlanılan bu gün, hər ilin may ayının ilk 4-cü gününə təsadüf edir.

Biz də qərara gəldik ki, bu günü virtual təhlükəsiziliyimizin qoruyucusu olan şifrələr haqqında kiçik bir bloqumuzu sizinlə paylaşmaqla qeyd edək.

Kiçik və qorxunc bir statistika, təkcə 2017-ci ildə 1.4 milyon internet istifadəçisinin istifadəçi adları, e-mail və parolları xakerlər tərəfindən ələ keçirilmişdir.

Bəs bu qurbanların sırasında olmamaq üçün nə etmək lazımdır?

İlk ağıla gələn parollardan qaçın.

Aşağıda dünyada ən çox istifadə olunan ilk 10 parolun siyahısını qeyd etmişik.

Xakerlər ilk olaraq bu tip parollar ilə yanaşı istifadəçilərin adlarına, doğum tarixlərinə, telefon nömrələri və ya ünvanlarına, hətta ailə üzvlərinin məlumatlarına uyğun olan parol kombinasiyalarını xüsusi proqramlarla yoxlayırlar. Ona görə də yaxşı olar ki, parolununuzu təyin edərkən ilk ağıla gələ biləcək variantlardan qaçınasınız.

Xüsusi simvollardan istifadə edin.

!”;%:?*():|\@ kimi xüsusi simvollardan bir-neçə yerdə istifadə edilən şifrələrin təyin edilməsi proqramlar üçün çox çətin, bəzən də mümkünsüz olur. Şifrənizi təyin edərkən bu simvollarla yanaşı böyük və kiçik hərflərdən, rəqəmlərdən istifadə etməyiniz də tövsiyə olunur. Çalışın ki, şifrəniz minimum 8 simvoldan ibarət olsun.

Eyni parolu müxtəlif e-mail ünvanları və sosial şəbəkələrdə istifadə etməyin.

Xakerlər adətən istifadəçilərin parolunu müəyyən etdikdən sonra, onu bütün e-maillərdə, sosial şəbəkə hesablarında yoxlayırlar. Ona görə də tövsiyə edilir ki, fərqli sosial şəbəkə hesabları və e-mail ünvanları üçün fərqli parollardan istifədə edəsiniz.

Parollarınızı mütəmadi olaraq yeniləyin.

Bəzən heç sizin xəbəriniz olmadan belə, cihazlarınıza viruslu fayllar yüklənə bilər və xakerlər brauzerlərinizin yaddaşında qalan parollarınızı ələ keçirə bilərlər. Bu halda parolununuzun nə qədər təhlükəsiz olmağının bir önəmi qalmır. Ona görə də yaxşı olar ki, parollarınızı mütəmadi olaraq dəyişəsiniz.

İki mərhələli təsdiqləmə metodundan istifadə edin! (2 step authentication)

Bu təhlükəsizlik metodu parolunuz oğurlandıqda belə hesablarınıza girişi əngəlləyir. Əgər xaker düzgün parolu yazsa belə, sizin təyin etdiyiniz e-mail ünvanına və ya telefon nömrəsinə gələn kodu əlavə etməsə hesaba daxil ola bilmir. Həm sosial şəbəkələrdə, həm də e-mail servislərində aktiv olan bu funksionallığı tənzimləmələr bölməsindən aktiv edə bilərsiniz.

İndi isə növbə sizdədir, əgər bu bloqu oxuduqdan sonra parollarınızın təhlükə altında olduğunu fikirləşirsinizsə, onları dəyişməklə “dünya parol günü”nü qeyd edə bilərsiniz :)

BİZİ İZLƏYİN