Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Bu qədər uzun müddət evdə qaldığımız və ən əsası bir çoxumuzun evdən işlədiyimiz vaxt yəqin ki, indiyə qədər olmamışdı. Korona virus səbəbilə yaranmış karantin müddətində bizim kimi işini onlayn davam edən şirkət və ya şəxslər üçün ən vacib məsələ görüşlərin təşkil olunmasıdır.
Görüş iştirakçılarının bir-birindən uzaq məsafələrdə olmasına baxmayaraq, görüntülü video zənglərin keçirilməsi o qədər də çətin deyil. Ancaq 5, 10 və ya 12 nəfərlik bir qrup görüşü üçün video konfrans təşkil etmək və ya vebinar keçirmək əsl problemə çevrilə bilər. Bunun üçün aralarından seçim edə biləcəyimiz minlərlə proqram var və biz vəziyyətə uyğun olaraq fərqli proqramlardan istifadə edə bilərik, eyniylə bizim onlayn ad günü partimizdə olduğu kimi :)
Bu müddət ərzində görüşlərin onlayn keçirilməsi artıq bir çoxlarımızda vərdiş halını almışdır. Karantinin bizə qazandırdığı bu vərdişi hətta normal iş həyatımıza geri dönsək belə davam etdirməyimiz faydalı olacaqdır deyə düşünürük. Bunun ən əsas səbəblərindən biri isə çox sayıda əlavə vaxt itkisinin qarşısını almasıdır.
Mən də işinizi bir qədər asanlaşdırmaq adına Sizin üçün seçdiyim ən yaxşı video konfrans proqramlarından bir neçəsini paylaşıram.
İlk olaraq Messenger, WhatsApp və Instagram platformaları üçün Mark Zuckerberg-in bu yaxınlarda paylaşdığı yeniliklər barədə məlumat vermək istərdim. Yeniliklər əsasən Korona virus pandemiyası dövründə insanların daha çox əlaqədə qalmasını təmin etmək üçün video zənglərin və canlı yayımların inkişaf etdirilməsi ilə bağlıdır.
Belə ki, hər birimizin gündəlik həyatda aktiv istifadə etdiyi WhatsApp video zənglərini artıq 4 deyil, 8 nəfər iştirakçı ilə keçirmək mümkün olacaq. Messenger vasitəsilə isə başladacağımız video görüşün sadəcə linkini digər şəxslərlə paylaşaraq, Facebook istifadəçisi olmasalar belə görüşə qoşulma imkanını əldə edəcəyik. Yaradacağımız video görüşə WhatsApp, Instagram and Portal üzərindən də şəxslər dəvət etmək mümkün olacaqdır.
Facebook canlı yayımına başqa bir şəxsi əlavə etmək, həmçinin yardım məqsədli birbaşa pul bağışlanmasını da canlı yayım üzərindən etmək nəzərdə tutulmuş, Instagram-da isə canlı yayımları yalnız mobildən deyil, vebdən də izləmə imkanı yaradılmışdır.
Bu yeniliklər hazırda bəzi ölkələrdə testdən keçirilməkdədir. Yaxın günlərdə isə qlobal səviyyədə istifadəyə verilməsi planlaşdırılır. İşimizin çox hissəsini əhatə edən bu platformalar üçün yenilikləri biz də səbirsizliklə gözləyirik, amma hazırda mövcud olanlar haqqında da məlumat verim sizə.
ZOOM
Geniş qruplar üçün ən yaxşı video konfrans proqramlarından biridir. Zoom vasitəsilə canlı söhbətlər edərkən həm yalnız video və ya audio, həm də hər ikisi ilə də görüşmək üçün istifadə edə biləcəyiniz bir “cloud” əsaslı video konfrans proqramıdır. Proqram görüş zamanı sizə audio və ya video görüntünü sonradan izləməyiniz üçün yazmağa da imkan verir.
Proqramın ən yaxşı funksiyalarından biri də çoxlu görüntü imkanının olmasıdır ki, bu zaman siz görüşdəki hər kəsi eyni anda bir ekranda görə bilərsiniz. Hər kəsin görməsi üçün fayla baxmaq lazımdır? Bu zaman da “screen sharing” funksiyası köməyinizə çatır.
Həmçinin, virtual arxa fon seçimlərindən istifadə edə və ya yenisini yarada bilərsiniz :)
Zoom pro tip 1: Backgrounds are customizable.
— Kate Buckley (@EchinoKate) March 17, 2020
Zoom pro tip 2: You can customize yourself right out of that meeting. pic.twitter.com/rV1KAyDEgF
ezTalks Meetings
Proqram xüsusiyyətlərinin müxtəlifliyi, güclü və etibarlı video rabitə formasını istəyən hər kəs üçün idealdır. Bu tətbiqin mobil versiyası da mövcuddur ki, sizə iOS və ya Android cihazından qoşulmağa imkan verir. Zəif internet bağlantınızın olmasına baxmayaraq video konfransa hər hansı bir gecikmə olmadan qoşula bilərsiniz.
ezTalks Meeting proqramından 100 nəfərə qədər ödənişsiz video konfranslar keçirmək mümkündür. Premium paketi isə 500 nəfərin iştirakına imkan verən daha böyük konfranslar üçün tövsiyə olunur. Bu zaman ultra HD video və səs keyfiyyəti, ekran paylaşımı və s. funksiyalar təmin edilir.
Join.me
Kiçik müəssisələr üçün video konfrans tətbiqi olaraq hazırlanmış join.me rahat əlaqəni təmin edir. Tətbiq əsasən səsli zənglər üçün uyğunlaşdırılmışdır, lakin ödənişsiz şəkildə 10 nəfərlik video konfrans da keçirmək mümkündür. Görüşə başlamaq üçün join.me tətbiqini yükləməyiniz kifayətdir, görüş iştirakçıları isə yükləmə tələb olunmadan öz brauzerlərindən daxil ola bilərlər. Onun interfeysi istifadəçi yönümlü dizayn edilmişdir və istənilən iştirakçıya konfransı tənzimləməyə imkan verir.
Google Hangouts
Bir çoxları bu proqramı Google hesablarına bağlı olduğu üçün istifadə etməkdədir. Proqramın görüntülü zəng funksiyası çox rahatdır. Siz iştirakçıların yalnız email adreslərini daxil edərək 10 nəfərə qədər video konfrans başlada bilərsiniz. Google Hangouts tətbiqi çox yeni olmasa da müasir görüntü və istifadə rahatlığına sahibdir.
Tətbiqin bütün vacib funksiyalarını rahat və tez bir şəkildə öyrənərək istifadə edə bilərsiniz. Bu baxımdan Hangouts hər hansı bir istifadəçiyə istədiyi zaman konfrans yaradaraq, sadəcə bir toxunuşla yeni iştirakçılar əlavə etməsinə imkan yaradır. Google Hangouts tətbiqi Google Play və Apple Store-dan yüklənir və tamamilə ödənişsiz istifadə edilir.
Siz sadəcə mövcud linki email və ya Google Plus vasitəsilə iştirakçıların video konfransa qoşulmasını təmin edirsiniz. Siz həmçinin bütün konfrans iştirakçıları ilə ekranı paylaşa, yeni iştirakçılar əlavə edə və ya Google Drive-da hər hansı bir fayla düzəliş edə bilərsiniz.
Vebinar keçirmək üçün isə Hangout on Air funksiyasını aktiv etməyiniz lazımdır. İştirakçıların sayı barədə narahat olmayın, çünki tamamilə ödənişsiz, lakin reklam dəstəklidir.
Vebinarın bütün detallarını əlavə edin: başlığı, vaxtı, hər kəsə açıq və ya xüsusi auditoriya üçün olması və s. Bütün məlumatları doldurduqdan sonra vebinarı keçirə bilərsiniz. Vebinar bitdikdən sonra isə siz onu YouTube-da paylaşa bilərsiniz. Əgər videonun nüsxəsini kompyuterinizdə saxlamaq istəsəniz o zaman həmin faylı MP4-ə konvert edərək əldə edə bilərsiniz.
Whereby
Whereby iştirakçılar üçün qeydiyyat və ya yükləmə tələb etməyən video konfrans təqdim edir. 4 iştirakçıya qədər ödənişsiz olan proqramda mobil və ya vebdən qoşulma imkanı mövcuddur. Həmçinin, YouTube inteqrasiyasına da malik olan proqramda siz video konfranslar keçirə bilərsiniz.
Lifesize
Whereby kimi Lifesize da iştirakçılar üçün qeydiyyat və ya yükləmə tələb etməyən, sadəcə paylaşdığınız linkə daxil olaraq video konfransa qoşulma imkanı yaradır. Proqramın ödənişsiz paketində siz 25-ə qədər iştirakçı ilə limitsiz görüşlər həyata keçirə bilərsiniz.
Imo
Imo bazarda mövcud olan ən sadə video qrup söhbəti tətbiqlərindən biridir. Lakin buna baxmayaraq zəif internet bağlantısı olan istifadəçilər üçün belə ən keyfiyyətli video görüntü təmin etməkdədir. Mikrafonu söndürmək, görüntünü çevirmək və ya mesaj qutusunu açmaq kimi bəsit funksiyalara malik olması interfeysin rahatlığına səbəb olur.
Bu proqram həm Android, həm də iOS ilə və hətta 2G kimi daha yavaş internet bağlantısı üzərində işləyir. Imo-nun ən böyük üstünlüyü isə onun qiymətidir. Proqram heç bir məhdudiyyət olmadan istifadə etmək üçün tamamilə ödənişsizdir.
Siz də yazdıqlarımızın arasından özünüzə ən uyğun platformanı seçin və ya artıq sevərək istifadə etdiyiniz varsa bizimlə şərhdə paylaşın. Ümid edirik ki, bu görüşlər uğurlarınızı ikiqat artırmağa vəsilə olacaqdır.
Müəllif: Səmra Novruzova