Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Çox gəzən > Çox oxuyan
Brandup
Brandup
17 Fev, 2018
1811

Çox gəzən > Çox oxuyan

Deyirlər, çox səyahət edən insanlar işlərində daha uğurlu olurlar. Səyahət bizə yeni güc verir, böyük düşünməyə imkan yaradır və daxili dünyamızı zənginləşdirir. Marketinq sahəsində çalışanlar isə ortaya hər zaman göz oxşayan və heyrətləndirici işlər çıxarmalıdırlar. Bəs bu səyahətlərə səbəb faydalı təcrübə və yeni biliklər olarsa, onda necə? Bu gün sizin üçün 2018-ci ildə dünya marketoloq, dizayner və proqramçılarını bir araya toplayan, onlara təcrübə, şəbəkələşmək və eyni zamanda səyahət imkanı qazandıran tədbirlərin siyahısını paylaşacam.

Avropa

1. Festival of Marketing, London

Tarix: 10-11 oktyabr, 2018  

“Festival of Marketing” marketoloqların birlikdə öyrənə, paylaşa və gələcək trendləri kəşf edə biləcəkləri unikal tədbirlərdən biridir.

2. Marketing Week Live

Tarix: 7-8 mart

Təşkilatçılar deyir ki, əgər ac marketoloqsunuzsa, təcrübə qazanmaq və əjdaha spikerləri dinləmək istəyirsinizsə, bu tədbir sizin üçündür.

3. The Inbounder marketing conference – Madrid

Diqqət! Bu konfrans ideya partlaması, taktika və məsləhət çoxluğu ilə doludur!

İşinizə rəng qatmaq və fikirlərinizi yeniləmək üçün siz də qoşula bilərsiniz.

4. Online Marketing Rockstar Festival

Tarix: 22-23 Mart, 2018

Metallica qrupunun üzvü ilə birlikdə marketinq, tanışlıq, təcrübə dolu 2 gün keçirmək şansı.

5. Agency Acceleration Day, London

Tarix: 15 mart

Bütün böyük və kiçik marketinq agentliklərinin işini inkişaf etdirmək üçün keçirilən bir tədbirdir. İris və digər sürətlə inkişaf edən şirkətlərin keyslərini, praktik məsləhətləri öyrənəcəksiniz. Əlavə olaraq ekspertlər sizə əlinizdə olan imkanlarla agentliyi inkişaf etmək, partnyor seçmək, düzgün sahənin seçməkdə sizə dəyərli məsləhətlərini təqdim edəcəklər.​

6. Design Thinking and innovation Week, London

Tarix: 19-23 mart

Kreativ sahibkarlar, dizayner və bütün sahibkarlar üçün unikal olan proqram sizi Londonun ən innovativ işləri və yeni düşünmə tərzi ilə tanış edəcək. Novruz bayramını bundan daha faydalı keçirmək olmaz. ;)​

7. I-COM Global Summit, San-Sebastyan, İspaniya

Tarix: 9-12 aprel

Mövzu haqqında 80-dən çox araşdırma təqdim olunan I-COM sammiti xəyallarınızdakı Data Ecosystem komandasını yaratmaq üçün unikal şansdır.

8. Future of branding week, London

Tarix: 25-29 iyun

İngiltərənin bir nömrəli ixracatı (ixcracı) brendinqdir. əfsanəvi dizaynerlərin master-klasslarına qatılıb, siz də bunun sirrini öyrənə bilərsiniz.​

 

Rusiya və Ukrayna

1. MDAY – Sankt- peterburq; online iştirak

Tarix: 2 mart

Tətbiqetmələrin marketinqi haqqında konfransdır. Marketoloqlar, sahibkarlar və proqramçılar üçün faydalı tədbirdir. Mail.ru, Skyeng, marketing star, Yandex və digər məşhur şirkətlərin nümayəndələrindən isə sözsüz ki, faydalanmaq imkanı yaranacaq.

2. 8P – Odessa

Tarix: 14 iyul

4 konfrans bir arada. Mütəxəssislər üçün SEO, A-Z-yə internet-mağazalar, Mütəxəssislər üçün PPC və trafik arbitrajı.

Ukraynada keçirilən TOP – 3 konfranslardan birini qaçırmağı tövsiyə etmirik. ;)

3. «Сторителлинг — презентация через историю», Kiyev, Ukrayna

Tarix: 17 mart

Bu master-klassda siz hekayələr sayəsində təqdimat keçirmək yollarını, ondan effekt almağı və satış üçün mükəmməl etməyi öyrənəcəksiniz.

4. ChatBot Conference, Moskva

Tarix: 19 aprel

Son zamanların ən aktual mövzularından olan Çatbotları əhatə edən konfrans. Burada sadəcə yeni bilik və təcrübə deyil, proqramçı və sahibkarlar arasında tanışlıqlar, əlaqələr qurulacaq. Effektiv təcrübələrini isə Microsoft, Otario, Papa Johns kimi şirkətlərin nümayəndələri paylaşaqcaqlar.

5. Digitale, Sankt-Peterburq

Tarix: 12-13 aprel

“Peşəkarlıq” Digitale tədbirinin yeni konseptidir. İşinin peşəkarları sizə nəhəng komanda, kampaniya və məhsul yaratmağı sirlərini açıqlayacaqlar.

6. Best Cases Conference, Moskva

Tarix: 18 aprel

Adından da göründüyü kimi konfransda Google, S7 Airlines və digər şirkətlərin ən yaxşı keysləri və təcrübələri ilə tanış olacaqsınız.

​7. Go Analytics!, Moskva

Tarix: 5 aprel

Go Analytics-də yeni analitik məhsulların iş prinsipi, problemləri, şirkətlərin analitik qərar vermələrini və biznesinizə lazım olan onlayn-analitika ilə tanış olacaqsınız.​

8. Social Media Moscow, Moskva

Tarix: 23 may

Gələcəyin kontenti, trendlər, brendlərin keysləri, sosial şəbəkələrdən satış, əsas məqamlar və s mövzularla siz Social Media Moscow tədbirində tanış ola bilərsiniz.

9. Yet another Conference (YaC), Moskva

Tarix: 29 may

Marketinq və rəqəmsal məhsullardan əlavə, konfransda aktual olan mövzular əhatə olunacaq. Konfrans adəti üzrə Yandex tərəfindən hazırlanmış sirli araşdırmadan başlayacaq.

Amerika

1. Social Media Marketing World – San-Diego; Online iştirak

Tarix: 28 fevral – 2 mart

Tədbirə qatılmaq üçün Social Media Examiner və Facebook spikerlərinin iştirakını qeyd etmək kifayətdir. Hər bir SMM mütəxəssisinin arzusu!

2. Chief Marketing Officer Summit, San-Fransisko

Tarix: 20-21 mart

Sosial şəbəkələrdə brendinizə marağın artması, imkanları maksimallaşdırmaq və əldə olan imkanları maksimallaşdırmaq və düzgün istifadə etmək üçün gözəl tədbirdir. Visa, Amazon, Kodak kimi şirkətlərin nümayəndələri isə sammiti daha faydalı və maraqlı edəcək.

3. Searchlove Conference, Boston

Tarix: 7-8 iyun

Online marketinqdə ideya və ilham dolu mütəxəssislərlə dolu bu konfransda analitika, kontentin yaradılması, ödənişli reklam və digər mövzular müzakirə olunacaq.

 Türkiyə

1. Webrazzi digital 2018, İstanbul

Tarix: 11 aprel

Texnologiya ilə birlikdə inkişaf edən bütün trendləri Webrazzi 11 apreldə səhnəsində təqdim edəcək. Ötən tədbirlərdəki kimi bu dəfə də rəqəmsal bazarda böyük payı və rolu olan insanların, agentliklərin çıxışları gözlənilir.

2. Digital zone by ZEO Agency, Türkiyə

ZEO Agency hər ay olmaqla meetup görüşləri təşkil edir. Burada SEO və Rəqəmsal Marketinq aləminin nəhəng mütəxəssisləri çıxış edir, iştirakçılar isə təcrübələrini bölüşürlər.

3. Marketing meetup, İstanbul

Tarix: 19 aprel

Adından da göründüyü kimi marketinq sahəsinin peşəkarları İstanbulda bir araya toplanacaqlar.

4. Reklam ve pazarlama zirvesi`18

Tarix: 12 Mart

Reklam və Marketinq sahəsini əhatə edən yeniliklər, keyslər və sahə mütəxəssisləri bir arada.

Digər

1. Digital Marketing & Strategy Innovation Summit, Hong-Kong

Tarix: 18-19 aprel

Bu sammit Digital, Marketing və strategiya üzrə liderlərin zəngin təcrübəsini birləşdirir. Fərqli baxış bucağı və sözü gedən sahələrdə öz sözünü demiş spikerlər sizi gözləyir. Estee Lauder, New York Times, Xiaomi, Walmart – hamısı bir arada.

2. Digital strategy Innovation, Sidney, Avstraliya

Tarix: 5-6 sentyabr​​

 

 

Müəllif: Almaz Quluzadə

 
BİZİ İZLƏYİN