Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Bunları bilmədən SEO xidmətinə başlamayın!
Türkay Əliyeva
Türkay Əliyeva
13 İyul, 2021
1117

Bunları bilmədən SEO xidmətinə başlamayın!

Bunları bilmədən SEO xidmətinə başlamayın!

Vebsaytınızın SEO xidməti işinizə birbaşa təsir edən amillərdən biridir. SEO xidməti orqanik və ödənişsiz şəkildə ön sırada çıxması üçün həyata keçirilən bir prosesdir.

Məhsul və ya xidmətinizin veb səhifələri SEO optimizasiyası edilməyibsə, müştərilərinizin onu tapa bilməsi çətinləşir. Statistika göstərir ki, axtarış nəticələrində ilk 5 yer ən önəmlisidir. İstifadəçilərin 1%-dən də azı ümumiyyətlə 2-ci səhifəyə keçid etmir. Müştərilərin axtardığı açar sözlərə fokuslanaraq  ön sıralarda yer almağınız məhsulun satışa çevrilməsiylə nəticələnəcək.

SEO xidməti barədə tez-tez verilən sualları bu bloq yazımda cavablandıracam.

 1. SEO-nun nəticə verməsi üçün niyə nisbətən uzun zamana ehtiyac var?

SEO işlərin nəticəsini 3 - 4 və daha çox aydan sonra görmək mümkündür, buna səbəb axtarış robotların saytınızı incələməsi həftələrnən vaxt ala bilir və ancaq incələnən səhifələr artıq axtarışda yüksəlməyə başlayır. Nəticəni görmək üçün isə tam indeksləşdirmə, axtarış sistemlərində inam qazanmalıyıq.

2. SEO optimizasiyasının təsiri nə qədər müddət qalır?

SEO optimizasiya etdikdən sonra nəticə qalıcı olur, lakin bunu da unutmamalıyıq ki, rəqib şirkətlər də saytları üzərində optimizasiya edirlər. Burdan belə nəticə çıxır ki, siz SEO işlərini dayandırsanız, rəqibləriniz isə davam etsə,  müəyyən müddətdə sizin nəticələrin daha yaxşısını edə bilərlər.

3. SEO xidməti hansı mərhələlərdən ibarətdir?

SEO xidmətinə 6 mərhələ daxildir:          

1. SEO audit

Hər bir SEO xidməti göstərən şirkətdə SEO yoxlanılması olmalıdır. Pulsuz SEO audit vasitələrindən istifadə etməyiniz SEO mütəxəssis qrupu ilə işləməyinizlə eyni anlayışa gəlmir. SEO optimizasiyası başlamazdan öncə sayt SEO analiz olunur və nələrdə boşluq olduğu təyin olunduqdan sonra strategiya qurulur. SEO audit bizə imkan verir ki, effektiv strategiya qura bilək.

2. Rəqib analizi

SEO xidmətinə daxil olan digər mərhələ rəqiblərin analizidir. Analiz vasitəsilə rəqibinizin zəif cəhətlərini imkan kimi istifadə edə bilərsiniz.  Hansı açar sözlər nə qədər rəqabətlidir?

3. Xüsusi strategiya

Hər bir biznes üçün xüsusi strategiya qurulmalıdır. Bunun üçün biznes detallı analiz olunmalı, onun nəyə ehtiyacı olduğunu öyrənilməlidir. Uğurlu strategiya qurmaq üçün hədəf kütlənizin nə düşündüyünü və necə hərəkət etdiyini yaxşı anlamalısınız. Xüsusi açar söz araşdırması kömək edir ki, hədəf kütləsinə düzgün şəkildə çatasınız.

4. “On-page” optimizasiya

Saytlar üçün edilən SEO optimizasiya 2 əsas qrupa bölünür. “On-page SEO” və “Off-page SEO”. Sayt daxilində SEO optimizasiyası üçün edilən işlər daxildir: məzmun yaratma, açar söz optimizasiyası, texniki SEO və s.

Saytda hər hansı bir yerdə kod xətası olarsa, bununla bağlı SEO mütəxəssisi developerə texniki tapşırıq yazır.

On-page SEO-da 3 əsas önəmli faktor var:

  1. Saytın mənbə kodları
  2. Saytın görünən interfeysi
  3. Saytın sürəti

Saytın mənbə kodları axtarış motoru botları üçün vacibdir. Çünki, botlar əməliyyatları mənbə kodunu oxuyaraq həyata keçirir.

Saytın görünən interfeysi istifadəçilər üçün vacibdir. İstifadəçilər əsasən, rənglərin uyğunluğuna, istifadəsinə və əlçatanlılığa üstünlük verirlər. Sayt interfeysinin istifadəçi üçün uyğun olmaması bir çox ziyarətçinin saytdan çıxmasına səbəb olacaqdır.

On-Page SEO-dakı digər vacib amil saytın sürətidir. Çünki, adətən ziyarətçilər gözləmirlər. Bunu çox yaxşı bilən Google, hər fürsətdə sayt sürəti barədə lazımi xəbərdarlıqlar edir.

5. “Off-page” optimizasiya

Sayt xaricində edilən bütün işlər “Off-page SEO”-dur. Bunlara sosial media, “guest blogging”, “backlink”-ləri misal göstərmək olar. Həm “on-page SEO”, həm də “off-page SEO” Google sıralama faktoruna təsir edən amillərdir. “Backlink”-lərin “off-page SEO”-da böyük rolu vardır. “Off-page” haqqında daha ətraflı oxumaq üçün klik edin.

6. Aylıq hesabat

Hər ayın sonunda SEO optimizasiyası üçün bütün görülən işlər qeyd olunur. “Google Analytics” və “Search Console” alətləri vasitəsilə nəticələr analiz olunur (nə qədər orqanik trafik artıb, hansı cihazdan daha çox girilib,  istifadəçi davranışı və s.)

Hər bir saytı olan şirkətə SEO xidməti lazımdır. Statistikalar göstərir ki, istifadəçilər axtarış zamanı adətən 2  və digər səhifələrə keçid etmirlər. Bu, trafik və satış olmayacaq anlamına gəlir. Siz də daimi nəticə almaq, rəqiblərinizdən öndə çıxmaq istəyirsinizsə, SEO xidmətindən istifadə edə bilərsiniz. Axtarış zamanı ortaya çıxan nəticələr istifadəçilərdə daha çox güvən yaradır.

 

 

BİZİ İZLƏYİN