Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Sosial şəbəkələr bizim nələri sevdiyimizi, aldığımızı, harada yaşadığımızı, işlədiyimizi, hansı yerlərə getdiyimizi bilir və bu məlumatı saxlayır. Marketinqə düzgün yanaşma və targetinqin böyük imkanları sayəsində real və potensial müştərilərin diqqət mərkəzində hər zaman qalmaq mümkündür.
Şirkətimizdə işin həcmindən asılı olaraq layihə üzərində ən azı 4 mütəxəssis işləməyə başlayır. Dəqiq fəaliyyət planı, dəqiq rəqəmlərə əsaslanaraq işlənilmiş strategiya ilə layihəyə start verib, işlərimizin yüksək standartını qorumaq üçün hər ayı detallı hesabatlarla bitiririk.
İstifadəçilər harasa getməyə və ya nə isə etməyə qərar verəndə onlar Google-a müraciət edir. Reklamınız məhz istifadəçilərin hər hansı məhsul və ya xidməti axtardıqları zaman onların qarşısına çıxmalıdır. Sizə nə lazımdır? Saytda satışları artırmaq? Tanınmaq? Yoxsa ofisə gələn zənglərin sayını artırmaq? Məqsədləriniz haqqında ətraflı danışın və bununla bizim rəsmi sertifikatlı mütəxəssislərimiz onlara tezliklə çatmağın effektiv metodunu mütləq tapacaq. Biz reklamınızı etməklə yanaşı aktiv rejimdə çalışaraq satışlara fokuslanırıq, bu isə hər zaman nəticələrdə müsbət əks olunur.
Adətən internetdə nə isə tapmaq istəyən istifadəçi seo-optimizasiyası haqqında məlumatlı olmur. O sadəcə nəticəni görür – lazım olan sorğu əsasında çıxmış linklərin siyahısını. İstifadəçilərin fikrinə görə daha faydalı saytlar axtarış zamanı yuxarı sıralarda çıxanlardır. Ora düşməyin formulunu isə SEO mütəxəssisimiz çox yaxşı bilir.
SEO – Brandup Rəqəmsal Marketinqinin aparıcı istiqamətlərindən biridir. Siz həm işlərin qlobal kompleksini (spektrini), həm də konkret elementin optimizasiyasını seçə bilərsiniz. Saytın mövcud vəziyyəti və keyfiyyətindən başlayıb, analiz və problemlərin aradan qaldırılması ilə davam edib, planın optimizasiyası ilə işi bitirəcəyik.