Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Moskva Konfetləri


Layihə haqqında: Yeni il ərəfəsində Moskva konfetləri və BRAVO Supermarketlər şəbəkəsi tərəfindən lotereya kampaniyası elan edildi. Müştərilər konfetlərdən alaraq lotereyada iştirak etmək və dəyərli hədiyyələr qazanmaq şansı əldə etdilər. Kampaniya 20 noyabr - 31 dekabr tarixlərini əhatə edirdi, 8 yanvarda isə 11 qalib elan edildi. 
Etdiklərimiz
Aşağıda qeyd edilən bütün işlər komandamız tərəfindən həyata keçirilmişdir:
- Konseptin hazırlanması (Key Visual, animasiyalı video və ona əsasən stend, bilbord, bilet kimi çap materiallarının dizaynları)
- SMM idarəedilməsi
- TV və Radio reklamları
- Bilbord reklamları
- Layihənin sonunda konsertin təşkili 
Konsept hazır olduqdan sonra, komandamız Sosial şəbəkələr üçün paylaşım və reklam strategiyası hazırladı. 1.5 ay ərzində fərqli və cəlbedici paylaşımlar, effektiv tənzimlənmiş reklamlar sayəsində potensial müştəriləri lotereyada iştiraka cəlb etdik. Paralel olaraq effektiv mediaplanlama sayəsində TV və Radio reklamları ilə də potensial müştəriləri əhatə etdik. 
Həyata keçirdiyimiz addımların nəticəsində isə lotereyada minlərlə alıcının iştirakına və proqnozlarımızdan dəfələrlə çox satış həcminə nail olduq.