Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Azər Şəkər


“Azər Şəkər” MMC şəkər çuğundurundan yüksək keyfiyyətli şəkər məhsulları istehsalı ilə bağlı investisiya layihəsidir. Layihənin əsas məqsədi şəkər istifadəsinin idxaldan asılılığını aradan qaldırmaq, valyuta axının qarşını almaq və şəkər istehsalının Avropa standartlarına uyğunluğunu təmin etməkdir.

Şirkətin loqosu hazırlanarkən həndəsi naxışlar və blok şriftlər əsas götürülüb.Loqonun alt tərəfində şəkər istehsalında istifadə edilən bitki – şəkər çuğunduru, üst hissəsində isə şəkərin özü təsvir edilib. 

Elementlərin birgə, sabit və ahəngdar kombinasiyası və blok şriftlərinin birləşməsi dinamika, sabitlik və ətraf mühitin planlaşdırılmasını təmsil edir. 

Nəticədə yeni loqo müasirliyin dadını və ənənəyə sadiqliyini özündə uğurla cəmləşdirir.