Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Hər il Bakı şəhərində fərqli konseptlərdə restoranlar açılır. Bu ehtiyaca əsas səbəb şəhərin inkişaf etməsi və turist axının artmasıdır. Mədəniyyət və temperament baxımından millətlərin oxşarlığı Bakıda italyan mətbəxinə sevgiyə və çox sayda pizzeriyanın açılmasına səbəb olub.
Lakin əsl Neapol Pizzeriyasının olmaması bu markanın yaranmasını qaçınılmaz etdi. Ənənəvi Neapol pizzasını şəhər sakinlərinə tanıtmaq üçün qarşımıza bir brend yaratmaq “challenge”i qoyuldu. Strategiyanın əsasını ilk və peşəkar Neapol pizzeriyası olaraq Bakıda uğurlu restoran şəbəkəsini yaratmaq təşkil edir. Hədəf 1 il ərzində restoran saynı 5-ə çatdırmaqdır.
Peppe Pizza digər fastfood şəbəkələri kimi standart pizza təqdim etmir. Bu Neapoldan olan italyan aşpazın hazırladığı, inqredientlərin İtaliyadan gətirildiyi və əsl pizza sobasında, odunla bişən pizzadır.
Peppe Pizza üçün loqo yaradılması prosesində qarşımızda çətin bir vəzifə var idi. Brendin əsas qəhrəmanı kifayət qədər neqativ xarici görünüşə malik İtaliyanın “Pulçinella” komediyasının personajı seçildiyindən bizə Pulçinella-nı təsvir edən parlaq, həm uşaqlar, həm də böyüklər üçün cəlbedici olan loqo hazırlamaq lazım idi.
Çoxsaylı variantlardan ən uğurlusunu müştəri dərhal təsdiq etdi. Əsas rəng kimi iştaha gətirən və eyni zamanda pizzanın əsas tərkib hissəsi ilə əlaqəli olan pomidor qırmızısı seçildi. Son cəlbedici alınaraq brendin bütün əsas dəyərlərini özündə birləşdirdi.