Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
“Təbriz Evləri”nin vizual brendinqi üçün Təbriz şəhərindəki Göy məscidin əsas rənglərini, rəsmlərini, naxışlarını və digər elementlərini dərindən araşdırdıq.
Nümunənin əsas elementi olaraq məscidin divarlarını bəzəyən naxışlardan birini seçdik, müasir və korporativ görünüşü əldə etmək üçün brendin əsas rəngləri ilə təkmilləşdirdik. Brendin xarakterinə və müasir tərtibata uyğunluğu əsas götürərək sadə və ciddi şriftə üstünlük verdik.
Vizual brendinqin son versiyası tarixi, şərq üslubunu və ruhunu özündə əks etdirən canlı, parlaq, münasib oldu.