Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Yadigar bloq
Brandup
Brandup
6 Sen, 2018
1783

Yadigar bloq

Məhəbbətin 3 il yaşaya bilər, qarşı tərəf Brandup deyilsə :)

3 il sonra ilk iş yerim olan Brandup-dan xoş xatirələr və möhtəşəm iş təcrübəsi ilə ayrıldım. Bu qərarı vermək çox çətin idi, çünki komandamızdır deyə demirəm, hər bir üzvü qızıl kimidir :)

Bu zaman ərzində əvvəl mənə mənasız gələn "marketinq" sahəsinin (bunu etiraf etmək qəribədir) əslində necə hərtərəfli, maraqlı, dinamik və məsuliyyətli olduğunu anladım, həm də ixtisasım konkret olmadığından (Dünya iqtisadiyyatı) gələcək üçün özümə istiqamət seçmiş oldum. Marketinqi tanımağa isə SMM-dən başladım. Ətrafınızda çoxunun mız qoyduğu, bəyənmədiyi SMM-dən ;)

Sizə onun üstünlüklərini deyim, özünüz qərar verin:

- Araşdırma qabiliyyətinizi təkmilləşdirirsiniz. Hər müştəri üçün dəfələrlə araşdırma edib, hər dəfə işin bu tərəfinin nə qədər maraqlı olduğuna əmin olmuşam.

- Xarici dil bilikləriniz yaxşılaşır (ən azından oxuma və tərcümə qabiliyyətiniz).

- İzləyicilərə məhsulu yüksək səviyyədə təqdim etmək üçün onları test etmək də möhtəşəm hissdir. President-lə səhər yeməyi, Banetti ilə nahar, Samsung Galaxy-lərlə selfilər. Nəticədə isə hər kəsin bəyəndiyi kontent ;)

- Analiz etmə qabiliyyətiniz yaranır

- Agentliklərdə fərqli sahələr üzrə səhifələr idarə olunur deyə, hər sahədən anlayışınız olur, yəni dünyagörüşünüzü zənginləşdirirsiniz. Hətta 500 kv-lıq kabellər haqqında müzakirələrə belə qoşulmaq şansınız var (bunun üçün STP-yə sevgi və təşəkkürlərimi bildirirəm <3 )

- Gün ərzində o qədər yenilik, məlumat oxuyursunuz ki, ofisdə sizin adınız Vikipediya olur

- Bəzən getdiyiniz yerlərdə belə ideya axtarırsınız

- Şəxsi işlər üçün baxdığınız səhifələrdə səhvlər tapıb, nə üçün burda olduğunuzu unudursunuz

Siyahını çox uzada bilərəm, amma marağınız varsa bu sahəyə, çalışdıqca özünüz görəcəksiniz. ;)

Kontent və ideyalardan əlavə işin içində reklam yerləşdirmək də var. Büdcə bölgüsü aparmaq, nəticələrə baxmaq, reklam hesabatları hazırlamaq işin ən maraqlı tərəflərindəndir. Strategiya hazırlamaq isə tarix yazmaq kimi idi. President brendi üçün yazdığımız tarix hələ də yadımdadır, təcrübəmdə olan ilk qlobal şirkəti necə unutmaq olar? Həm də gələcəkdə foodblogger olmaq istəyimə də təkan verib!

SMM-lə bərabər, marketinq haqqında fikrimi oxuduğum kitablar, şirkətlərin keysləri də formalaşdırıb. Tanış olduğunuz hər bir təcrübə (uğurlu və ya uğursuz) sizi daha yaxşı edir.

Üzə keyfiyyətli və maraqlı iş çıxarmaq üçün çalışdığımız ofis və mühit də çox böyük rol oynayır. Çox sevinirəm ki, Brandup-da yüksək motivasiya, iş biliklərindən əlavə, bu 2 məqam da hər zaman yüksək səviyyədə qorunub.

Brandup-dan ayrılma səbəbim də elə marketinqi daha da yaxından tanımaq istəyim (təhsil, başqa heç nə düşünməyin) olub. Əminəm ki, burada topladığım təcrübə və bacarıqlar hər zaman yanımda olacaq.

Bu 3 il ərzində #upteam-lə işdən əlavə fəaliyyətlərimiz də olub. Məsələn, sayını itirdiyimiz tortlar, gürcü xəngəlləri, film günləri, iftar süfrələri, bölgələrə turlar və s. bir-birimizi daha yaxşı tanımağa imkan verib.

Aşağıdakı fotolara (çooox az hissəsidir olanların) baxıb, buna özünüz də əmin ola bilərsiniz.

3 il ərzində qazandıqlarımı qısa yazıda sizə tam olmasa da ötürməyə çalışdım.

Bir gün yenə səninlə görüşmək ümidi ilə, hələlik, Brandup! <3

Müəllif: Almaz Quluzadə

BİZİ İZLƏYİN