Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Agentlik əməkdaşlarının ən eşitmək istəmədikləri, amma eşitməyə məcbur olduqları sözlər siyahısından top 10 sıralaması düzəltsək, yəqin ki, birinci yeri “təcili” sözü böyük fərqlə götürər.
Fors-major hallar baş verə və təcili məsələlər yarana bilər, amma ötən illərin müşahidələri bunu deməyə əsas verir ki, həqiqi təcili işlər ümumi müraciətlərin 5%-dən çox deyil, lakin ümumi müraciət edənlərin yarıdan çoxu işin çox təcili olduğunu deyir. Təcrübədən bir misal verim, təqribən 2 il əvvəl müştərilərimizdən biri (Azərbaycanın ən böyük şirkətlərindəndir) bizdən təcili bir kommunikasiya təklifi istədi. Təcili olduğunu dəfələrlə qeyd edib xahiş etdilər ki, bu həftə ərzində lazımdır. 2 fərqli təklif hazırlayıb verdik və dəfələrlə müraciət etməyimizə baxmayaraq bir də bu məsələyə 1 il sonra qayıtdılar. Bəs təcili idi ? :) Belə halları demək olar hər ay yaşayırıq.
Bunun səbəbləri nədir?
Belə etdiyiniz halda istəməyəcəyiniz, lakin qaçılmaz nəticələr əldə edirsiniz:
Təcili təklif, təcili vebsayt, təcili brendinq. Hara tələsir bu şirkətlər, sahibkarlar? Əgər 3-5 il istifadə edəcəyiniz və uğur qazanmağınızda ciddi payı olacaq nəsə əldə etmək ərəfəsində olsanız, bunu tez-tələsik edib, yaxşı olmayan nəticə ilə qane olardınızmı? Bu prizmadan baxanda bunun yanlış olduğu daha aydın hiss olunur.
Yaradıcılıq elə bir prosesdir ki, nə qədər vaxt olsa, o qədər də işi daha mükəmmələ yaxın etmək olar. Əlbəttə bir limit, “deadline” olmalıdır, lakin 1-2 günə brendinq etmək, 5-10 günə vebsayt yığmaq, dünənə poster hazırlamaq, axşam oturub fikirləşib sabaha neyminq etmək sadəcə ən primitiv, hamının ağlına gələcək işlərin çıxması deməkdir. University of London-un araşdırmalarına əsasən eyni anda bir neçə tapşırığı etməyə çalışmaq (multitasking) IQ səviyyəmizi aşağı salır və bunu davamlı etmək beynimizə qalıcı ziyanlar vura bilir. Təcili iş istəyəndə nəzərə almalısınız ki, ya sizin iş hansısa layihələrlə paralel gedəcək, ya da o layihələr yarımçıq qoyulsa da, məsul şəxsin fikri yenə də müəyyən qədər o layihələrdə qalacaq. Bu da sizin işin keyfiyyətinə birbaşa təsir edəcək.
Əgər bu yazını oxuyanlar arasında özü və ya tanışı belə edənlər varsa, xahiş edirəm, etməyin, həm özünüzə, həm də sektora ciddi ziyan vurursunuz.
Oxuduğunuz, ən əsası isə nəzərə aldığınız üçün təşəkkürlər!