Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Bloqo
Brandup
Brandup
1 Dek, 2017
2241

Bloqo

Bəzən, şirkətlər xərclərinə və vaxtlarına qənaət etdiyini düşünərək loqotipin hazırlanması üçün “tez və ucuz” versiyaların tərəfdarı olurlar, lakin adətən "tez və ucuz" loqotiplər qoyulan məqsədlərə çata bilmirlər, nə marketinq tərəfdən, nə də vizual. Loqotipin hazırlanmasında qənaət etmək, ucuz qidanın alınması ilə müqayisə oluna bilər. Keyfiyyətsiz loqotip və korporativ stil gələcəkdə şirkətin inkişafına mane ola, imicinə xələl gətirə və keyfiyyətli brendinq strukturu olan rəqiblərə marketinq üstünlüklərini uduza bilər. Nəticədə tez bir zamanda rebrendinq etmək, konsepti yenidən işləmək lazım olur, bu isə ciddi əlavə xərc və vaxt tələb edir. Məsələn, az qonorarlı və az təcrübəli vəkil problemləri istənilən həddə həll etmir. Loqotip və korporativ stilin hazırlanmasında da. Bu işin professional hazırlanması ilə mütəxəssislər məşğul olmalıdır. Üstəlik də prosesin özü, bəzən görsənməsə də mürəkkəb və bir neçə mərhələdən ibarət olur.

 

Bir şəxs biznesin aparılmasında istedadlı və uğurludursa, marketinq və dizaynda da eyni dərəcədə olmaya bilər. Bir çox şirkət nümayəndələrinin səhvi, dizaynda mütəxəssislərə güvənməməkdədir. Əgər agentlik/frilanser seçimində kriteriyalar dəqiq və düzgün müəyyən edilsə, seçimlər keyfiyyətli aparılsa, sonrasında da sizə qalan onlara güvənmək olur. Əgər siz bir işi görmək üçün başqa şəxslər cəlb edirsinizsə, demək ki, bu işdə mütəxəssis deyilsiniz, inanın ki, məsləhət almaq, mütəxəssis olanların fikrinə güvənmək ən düzgünüdür :) . Başqa bloqumuzda vurğuladığımız kimi, şirkətin brendinqi sizin istədiyiniz kimi olmağa məcbur deyil, əsas diqqətə alınmalı məqam sizin müştərilərinizdir, istifadəçilərinizdir.

 

Beləliklə, hansı loqotipi keyfiyyətli və uğurlu hesab etmək olar? Bu suala cavab tək deyil, çünki hər dizaynerin öz fikri var. Dizayn dəqiqlik qədər fikir müxtəlifliyini, yaradıcılığı da sevir. Biz düşünürük ki, əsas məqamları burada vurğulamaq mümkündür, hansılara ki, hər yaxşı loqotip aid olmalıdır. Aşağıda bu xüsusiyyətləri qeyd etmişik:

 

1. Unikallıq.
Əgər sizin loqo başqa şirkətin loqosuna bənzəyirsə, ona təyin edilən məqsəd yerinə yetirilmir, çünki loqonun əsas funksiyalarından biri identifikasiyadir. Sizin loqonuzun unikal əlaməti, hekayəsi, xətti olmalıdır. Fərqli şirkətlər loqotiplərində eyni obrazları istifadə edə bilərlər, amma onları bir-birindən seçə biləcək, dəqiq məsafədə.

2. Cazibədarlıq.
Loqotipin unikal və qeyri-standart görünüşü böyük üstünlükdür, lakin eyni zamanda onun vizual tərəfini də qorumaq vacibdir. Uğurlu loqotip, hər hansı bir kommersiya məhsulu kimi, cazibədar və sanballı olmalıdır. Yaxşı loqotip istehlakçıya şirkətin fəaliyyətinin keyfiyyətini göstərmək üçün ən rahat üsullardan biridir.

3. İdeya və mənalılıq.
Yaxşı loqoda bir qığılcım, oyun, maraq olmalıdır. Loqotip yaddaqalan, izləyicinin yaddaşında həmişəlik şirkətin imicinin həkk olunma prosesinin katalizatoru olmalıdır. Loqonu hazırlayanda mesajı daşıyan ideyaya qrafik ekvivalent tapmağı çalışmaq lazımdır. İdeya olmadan loqo, dəyəri olmayan abstrakt formaların mənasız cəminə çevrilir.

4. Lakoniklik.

Loqotip nə şəkil, nə də illüstrasiyadır, loqotip bir işarədir. Dizayner tərəfindən enerjini, rəngi, ideyanı və əhvalı əks etdirən bir simvoldur. Loqo qısa və aydın olmalıdır. Dəqiq atış kimi. Loqotip şirkətin fəaliyyəti ilə əlaqəli olan hər bir elementdən ibarət olmamalıdır. Bu səbəbdən o ifadəliliyini itirərək, oyuncaqlardan görünməyən şam ağacı kimi olur. Proporsiyalara riayət etmək isə bizim qızıl qaydamıza çevrilməlidir. Loqo bir neçə saniyədə şirkəti təqdim edib, onun haqqında xətlər, kompozisiya və rəng ilə məlumat verməlidir. Bu kontekstdə qrafik həllin lakonizmi xüsusi rol oynayır: izləyicinin səyahət şirkətinin loqotipində, palma ağacına, balıqlara və dalğalara fikir verməyə vaxtı olmayacaq, o kompozisiyanı tam olaraq dərk edəcək.

5. Aktuallıq.
Müasir media mühitində hər 5-10 ildən bir estetik orientirlərin dəyişilməsi ilə bağlı, dünyanın aparıcı korporasiyaları rebrendinq edirlər. Tendensiyalar sürətlə dəyişir və buna görə şirkətlərin vizual brendinqləri köhnəlir, hansılar ki, yaxın bir zamanda dəbli və aktual görsənirdilər. Trendlərə uyğun və aktual loqotip, adətən imicini qoruyan və bunun üçün tələb olunan xərcləri qarşılayan şirkətlərdə olur. Bu isə şirkətin bazarda yaxşı, istehlakçıların güvəndiyi mövqeyindən bəhs edir.

6. Universallıq.
Müştəri loqotipin monitorun ekranından kənar istifadəsini nəzərədə tutmasa belə, simvolu elə hazırlamaq lazımdır ki, estetika və mənalılığını itirmədən onu çap üçün, rəqəmsal və monoxrom istifadə etmək olsun. Loqotip hər platforma üçün adaptasiya olunmalıdır, hətta ağ-qara lazer printerdə çap etmək üçün. Nəyin üzərində çap olunmağına, istənilər cür istifadə edilməsinə baxmayaraq, loqotip tamamilə tanınmalıdır və orijinal versiyasınla eyniliyini saxlamalıdır.

Yaddan çıxarmamalıyıq ki, loqotip, görünüşcə nə qədər yaxşı olsa da korporativ stilin bir hisssəsidir, dəstəyə ehtiyacı olan, mərkəzi elementdir. Uğurlu fəaliyyəti üçün, ona mühit yaratmaq lazımdır, korporativ rənglərlə, şriftlərlə, qrafik elementlərlə və s. Adətən, bu məqamların hamısı brandbook-a (guideline book) daxil olur. Belə bir kitabçanın hazırlanması yaxşıdır ki, əməkdaşlıq edəcəyiniz hər yeni şirkətə hər dəfə loqonuzdan istifadə qaydalarını izah edəsi olmayasınız, bundan əlavə sizə aid olan istənilən dizayn materialında loqo və digər elementlər həmişə düzgün və eyni istifadə olunsun.

 

Müəllif: Tələt Əliyev

BİZİ İZLƏYİN