Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Axtaran tapar?
Brandup
Brandup
24 Okt, 2017
2148

Axtaran tapar?

Deyirlər, axtaran tapar. Elə düz deyirlər! Kiçik araşdırma nəticəsində yazımızın 2-ci hissəsində sizin üçün əlfəcinlərə düşəcək servislər və həll yolları tapmışıq.

Xatırladaq ki, yazımızın ilk hissəsində sizinlə kontent marketinq və onun əhəmiyyəti ilə tanış olduq, daha sonra isə kontent yaradarkən sizi ilhamlandıracaq məsləhətləri də verdik. İndi isə gəlin görək konkret olaraq ideyaları hardan tapa bilərik?

Yaxşı insanların sayəsində bugünkü gündə internetdə çoxsaylı ideya generatorları mövcuddur. Onların köməkliyi ilə sizə uyğun sahələr üçün hazır ideyalar tapa və özünüzə uyğunlaşdıra bilərsiniz.

Ona görə də ilk olaraq maraqlı ideyaların yaranması üçün sizə bir neçə “məsləhətli” ideya generatoru haqqında danışacağıq.

Adlara klikləyərək həmin saytlara keçid edə bilərsiniz.

Portent

Burada sizin axtardığınız sahədən olan açar sözlərlə kontent üçün yeni ideyalar tapa bilərsiniz. Servis özü ingilis dilindədir.

Məsələn, əgər təhsil sferası üzrə çalışırsınızsa, kitab, dərs və s kimi açar sözlərlə yeni ideyalar kəşf edə  bilərsiniz. 

Google trends

Burada siz gün ərzində ölkələr üzrə ən məşhur axtarış sorğularını kateqoriya üzrə tapa bilərsiniz. Ölkələr arasında Azərbaycan olmasa da, sizə uyğun mövzuları tapacağınıza əminik.

Ruzzit

Brauzerin əlfəcinlərində ilk sırada duracaq qədər dəyərli servislərdəndir :) Təsəvvür edin, sizə uyğun sferanı, kontent növünü, sosial medianı seçirsiniz, daha sonra sizə maraqlı olan zaman aralığını da seçdikdən sonra Ruzzit sizə ən populyar olan paylaşımları tapır. Viral üçün xüsusi axtarış da edə bilərsiniz. 

Alltop

Bloqların ən məşhur məqalələrini bir araya toplayan servisdir. Axtarış pəncərəsində sizi maraqlandıran mövzunu yazmağınız kifayətdir. Sayt yalnız ingilis dilində fəaliyyət göstərir.

Buzzsumo

İnternetdə  məşhur materialların axtarışı və analizini edir. Analiz nəticəsində siz tapdığınız məqalənin sosial şəbəkələrdə nə qədər paylaşıldığını və digər məqamları görə bilərsiniz. Servis yalnız bir müddət ödənişsiz istifadə olunur, daha sonra aylıq abunə olaraq daim ondan faydalana bilərsiniz.

İdeyanı tapdıq, kontenti yazdıq, bəs onu vizuallaşdırmaq? Sayt və ya sosial media səhifələrinə daxil olarkən ilk olaraq gözümüzə dizayn və fotolar dəyir. Maraqlı ideya ilə birlikdə xoşgörünüşlü səhifəniz olsun deyə, vizual yaratmaq üçün bir neçə faydalı servislə tanış olun. :)

Fotostoklar. Əvvəlcədən qeyd edək ki, burada topladığımız fotostoklar ödənişsizdir və ola bilsin ki, daxilində digər məşhur stoklardakı kimi minlərlə foto olmasın, lakin onların sizi dəfələrlə xilas edəcəklərinə əminik. ;) 

GRATISOGRAPHY - ödənişsiz stok fotolarının servisidir. Sayt hər həftə yenilənir və rahat axtarış sistemi var.

SplitShire - burada siz ödənişsiz olaraq həm foto, həm də video tapa bilərsiniz. Fotolar kateqoriyalara bölünüb, saytda axtarış sistemi də mövcuddur.

Lifeofpix - yüksək keyfiyyətli şəkillərin stokudur. Burada siz hazır kolleksiyalar da tapa bilərsiniz, saytda axtarış sistemi mövcuddur. Şəkillər əsasən həyat tərzi və təbiət haqqındadır.

Pixabayfoto, illustrasiya və videoları bir araya toplayan ödənişsiz stokdur. Rahat axtarış sistemi də mövcuddur.

Picjumbo - burada siz gündəlik istifadə üçün müxtəlif kateqoriyalarda maraqlı fotolar tapa bilərsiniz. 

Fotoları yüklədikdən sonra bəzən onları redaktə etmək də lazım olur. Rahat və əlverişli redaktə üçün də kiçik siyahımız var. ;) 

Pixlr - bu servis hamımızın yaxşı bildiyi Adobe Photoshop-un sadələşdirilmiş formasıdır. Əlbəttə ki, müqaisədə Pixlr-in imkanları dəfələrlə azdı, lakin mümkün olanları çox rahat və keyfiyyətlə həyata keçirir. Ona görə də bu proqrama bəzən elə dizaynerlərin özləri də müraciət edirlər. ;)

Canva  - İnfoqrafika hazırlamaq və fotoları redaktə etmək üçün çox əlverişli onlayn servisdir. Bannerdən tutmuş vizit karta qədər burada hazırlaya bilərsiniz. Burada çoxsaylı ödənişsiz şablonlar, şriftlər də mövcuddur. Daha nə lazımdır ki? ;)

Pablo - fotolarım üzərinə yazı əlavə etmək, ölçünü dəyişmək və digər sadə həllər üçün olan onlayn servisdir. Ən müsabət cəhəti isə saytda ödənişsiz fotostoklar üzrə hazır quraşdırılmış axtarış sistemi var.

Fotor - əldə olan hazır fotolardan kollaj hazırlamaq üçün çox rahat servisdir.

Freepik - burada siz çoxsaylı ikonlar və “flat” üslubunda şəkillər tapa bilərsiniz. Üstünlüklərindən biri də şəkili yükləyərkən, hazır edit olunan variantı ilə yükləyirsiniz. Üzərində yazı varsa, şriftin adını belə rahatlıqla öyrənə bilərsiniz.

Bonus! ;)

İlham pərisi heç cür gəlmək istəmirsə, aşağıdakı 2 sayt sizə onu tez bir zamanda tapmağa yardımçı olacaq.

  1. Designspiration
  2. Pinterest

SMM-niz avand olsun! ;)

Müəllif: Almaz Quluzadə

BİZİ İZLƏYİN