Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

10 addımda SEO-ya uyğun məzmun
Türkay Əliyeva
Türkay Əliyeva
8 apr, 2021
1392

10 addımda SEO-ya uyğun məzmun

SEO-ya uyğun məzmun necə yazılmalıdır?  İzah etmədən öncə "SEO"-nun nə olduğuna qısaca nəzər yetirək. "SEO" (Search Engine Optimization – Axtarış motorunun optimallaşdırılması) axtarış zamanı saytlarımızın "SERP" (Search Engine Result Page- Axtarış nəticələri səhifəsi) səhifəsində ilk sıralarda çıxması üçün etdiyimiz bir sıra strategiyadır. 10 addımda SEO-ya uyğun məzmun bloqumda bunu nümunələrlə izah etməyə çalışacağam.

1. "SERP"-də necə sıralanırıq

2. Açar sözlər üzrə optimizasiya

3. Başlıqların təyin olunması

4. Unikal məzmunun yaradılması

5. Məzmun uzunluğu

6. Şəkillərin optimizasıyası

7. Heading təqlərindən düzgün istifadə

8. İnternal linklərin istifadə edilməsi

9. Xarici linklərin istifadə edilməsi

10. Düzgün URL istifadəsi

 

1. "SERP"-də necə sıralanırıq?

Google süni intellekt vasitəsilə istifadəçinin sorğularına ən uyğun gələn nəticəni "SERP"-də (Axtarış nəticələri səhifəsində) sıralayır. Məzmunu axtarış motorları üçün deyil, insanlar üçün yazın. Bunu nəzərə alaraq istifadəçilərin ən çox nə axtardıqlarını və hansı suallara cavab almaq istədiklərini müəyyənləşdirməyə çalışın. Bu suallara cavab verəcək məzmun hazırlamağa cəhd göstərin və açar sözləri də buna görə təyin edin.

2. Açar sözlər üzrə optimizasiya

İlk öncə məzmun yazmaq istəyərkən sizin saytınız və xidmətləriniz üçün uyğun olan açar sözləri müəyyənləşdiririn. "SEO" optimizasiyası zamanı düzgün açar sözlər təyin edilməlidir. Bu bloqda  “SEO-ya uyğun məzmun”  təyin etdiyimiz açar sözlərdən biri hesab olunur. Açar söz ilk abzasın ilk söz və ya cümləsində istifadə edilə bilər. Məzmunun SEO-ya uyğunluğu davamlı olaraq açar sözlərdən istifadə etməli olduğumuz anlamına gəlmir. Yazdığınız açar sözlər bloqdakı sözlərin ümumi sayının 0,5%-2,5%-ni təşkil etməlidir. Məzmunda 5-6 ədəd açar söz istifadə edə bilərsiniz.

3. Başlıqların təyin olunması

Məzmunuza uyğun başlıqlar təyin edin. Başlığınızın diqqətçəkici olması sizin bloqunuzun daha çox kliklənməsinə səbəb ola bilər. Başlıq mümkün olduqda açar sözlə başlamalı və 3-6 ədəd sözdən ibarət olması məqsədəuyğundur. Eyni zamanda, meta description-da (meta açıqlama) açar sözün istifadəsi bloqunuzun daha tez tapılmasına kömək edən amillərdən biridir. Meta açıqlamanın nə olduğunu aşağıdakı şəkilə baxaraq görə bilərsiniz.

4. Unikal məzmunun yaradılması

Məzmunda öz ifadələrinizdən istifadə etməyə üstünlük verin. Başqa mənbələrdən məzmunu olduğu kimi köçürməkdən çəkinin. Məzmun yazarkən keyfiyyətli olmasına önəm verin. Xüsusilə Google Panda və Penguin alqoritmlərinin yeniləmələrindən sonra keyfiyyət Google-da 1-ci sıralama faktoru oldu. Alqoritmlər barədə daha çox məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

SEO-ya uyğun məzmun yazarkən diqqət etməli olduğunuz önəmli məqamlardan biri də fikrinizi bir cümlədə ifadə edə biləcəyiniz halda, 2-ci cümlədən istifadə etməməyinizdir.

Bloqun başlanğıcında məzmunda nələrdən bəhs edildiyi barədə mündəricat qeyd edə bilərsiniz. Bu oxucunun bloqu daha rahat oxumasına və təkrarən istədiyi mövzuya rahatlıqla baxmasına kömək edəcək. 

5. Məzmun uzunluğu

Mətninizin uzunluğu elə olmalıdır ki, oxucuda əlavə suallar yaranmasın və rəqiblərdə oxşar məqalə görmək istəyi olmasın. Bloqunuzda söz sayının 500-dən çox olması məqsədəuyğundur. Google uzun yazıları sevdiyi üçün bəzi mütəxəssislər söz sayının 1890-dan yuxarı  olmasını tövsiyə edir. Aşağıdakı şəkilə nəzər yetirsək,  göründüyü kimi uzun yazılı məzmunlar qısa yazılı məzmunlara nisbətən "SERP"-də ilk sıralarda sıralanır.

1 cümlədə sözlərin sayının 20-ni keçməməyinə diqqət edin. 1 abzasda 5-dən çox cümlə istifadə etməkdən çəkinin.

6. Şəkillərin optimizasıyası

Məzmunu daha maraqlı etmək üçün onu şəkillərlə zənginləşdirin. Real şəkillər istifadə etməyə üstünlük verin. İnfoqrafika  əlavə edərək istifadəçiyə daha az mətnlə daha çox informasiya verə bilərsiniz. Oxucular bu tip infoqrafiyaları bəyənirlər. Şəkillərinizə alt təq əlavə etməyi unutmayın. "Alt" təq "HTML" kodu olaraq şəkilin nə olması barədə Google bota məlumat verir. Böyük həcmli şəkillər saytın yükləmə müddətini ləngidir.

7. "Heading" təqlərindən düzgün istifadə

Məzmunda H1, H2, H3, H4, H5 və H6 etiketlərində açar sözləri və ya başlıqları qeyd edin. Bizim məzmunda  “SEO-ya uyğun məzmun necə yazılmalıdır?” cümləsi H1 etiketində qeyd olunmalıdır. Daha sonra ikinci dərəcəli açar söz və ya başlıq H2 etiketində yazıla bilər. Bizim məzmunda isə H2 etiketinə Açar sözlər üzrə optimizasiya, H3 etiketinə Heading təqlərindən düzgün istifadə yazılmışdır. H3 və ondan sonrakı etiketlərdə açar sözün vacibliyi azalır.

8. "İnternal link"lərin istifadə edilməsi

Məzmunda "internal link" lərin istifadə edilməsi Google botların saytımızı daha rahat indekslənməsiylə nəticələnir. "İnternal link" lərdən istifadə edərək oxucunun saytınızda daha çox vaxt keçirməsinə şərait yaradırsınız. Bu da "bounce rate"-in azalmasına səbəb olur. Aşağıdakı şəkilə diqqətlə baxdıqda görə bilərik ki, daxili linklərin çox olması sıralama potensialını artırır.

9. Xarici linklərin (Backlinklər) istifadə edilməsi

 Eyni zamanda xarici linklərdən istifadə etmək də sizin təyin olunmuş açar sözlərdə ilk sıralarda çıxmağınıza kömək etmiş olacaq. Burada orqanik "backlink" almağınızdan söhbət gedir. "Backlinklər" barədə daha ətraflı məlumat almaq üçün bu linkə keçid edə bilərsiniz.

10. Düzgün URL istifadəsi

URL –lərdə açar sözü istifadə etməyiniz məzmunun daha rahat tapılması deməkdir. URL mümkün qədər aydın, qısa olmalı və daxilindəki sözlər aşağıdakı şəkildəki kimi bir-birindən tire ilə ayrılmalıdır. URL-də Azərbaycan dilindəki hərflərdən istifadə etməyin. Bizim məzmuna uyğun olaraq url aşağıdakı şəkildə göstərilmişdir.

"SEO"-ya uyğun yazılmış məzmunlar insanlar tərəfindən daha çox oxunur və paylaşılır. Əgər məzmunuzun daha çox insana çatmasını istəyirsinizsə, yuxarıda qeyd etdiyim məqamlara fikir verməyiniz lazımdır. Nə qədər faydalı məzmun yazsanız belə, bu məqamlara fikir verməsəniz, daha çox insana çata bilməyəcəksiniz. Məzmunun  sosial şəbəkələrdə paylaşılması da daha çox insana çatmasına kömək edəcək.

BİZİ İZLƏYİN